İqtisadiyyat

Dövlət Departamenti: Azərbaycanda korrupsiya şirkətlər üçün problem olaraq qalır

29 İyul, 2022
658

Rəsmi səhifə

"Azərbaycanda ümumi investisiya iqlimi yaxşılaşmaqda davam edir, hərçənd mühüm problemlər qalmaqdadır", - ABŞ administrasiyasının cümə axşamı açıqladığı illik hesabatında bildirilir.

"Turan"-ın müxbirinin məlumatına görə, "İnvestisiya mühiti haqqında bəyanatlar" adlı hesabat Dövlət Departamenti tərəfindən hazırlanıb. Məqsəd Amerika şirkətlərinə dünyada investisiya mühiti haqqında aktual informasiyadan istifadə edərək əsaslandırılmış işgüzar qərarlar qəbul etməyə kömək etməkdir. Hesabatda təqdim olunan 160-dan çox ölkə arasında Azərbaycan da var.  

"Sənəddə investisiya şəraitinin yaxşılaşdırıldığı, həmçinin biznesə əngəl olan maneələrin qaldığı sahələr təqdim olunub", - Dövlət Departamentinin rəsmisi Ned Prays mətbuat üçün brifinqdə bildirib.

"Hesabat təkcə bazar şərtlərini əhatə etmir, həm də hökumətlərin beynəlxalq əmək standartlarına necə əməl etdiyini, biznesin məsuliyyətli aparılmasını necə təmin etdiyini, korrupsiya ilə necə mübarizə apardığını qiymətləndirir".

Bu ilin hesabatlarında Ukrayna və Rusiyanın adları keçmir. "Bizim Ukraynaya dair müvafiq məlumatların toplanması üçün imkanımız olmayıb. Əlbəttə ki, Rusiyanın Ukraynaya hücumu Rusiyada bazar konyukturasında kəskin dəyişikliklərə gətirib çıxarıb", - Prays vurğulayıb.

https://toplum.tv/iqtisadiyyat/qarabagin-berpasi-milyardlar-xerclenir-seffafliq-yoxdur

Azərbaycana gəlincə, hesabatda deyilir ki, hökumət xarici investisiyaları cəlb etməyə, öz iqtisadiyyatını şaxələndirmək üçün islahatlar aparmağa və özəl sektorun artımını stimullaşdırmağa çalışıb. Lakin Azərbaycan iqtisadiyyatı əvvəlkitək neft və qaz hasilatından  çox asılıdır ki,  ixrac gəlirlərinin, təxminən  88 faizi və dövlət büdcəsinin yarıdan çoxu bunun payına düşür.

"2021-ci ildə Azərbaycan iqtisadiyyatı illik hesablamada 5,6 faiz artıb (2020-ci ildə 4,3 faiz azalma olub). Neft- qaz sektoru pandemiyadan sonra bərpa olunaraq 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 7,2 faiz artıb", - hesabatda deyilir.

Neft-qaz sektoru tarixən xarici sərmayələrin ən böyük payını cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün dörd qeyri-neft sektorunu seçib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və nəqliyyat/logistika.

Son illər işgüzar mühitin yaxşılaşdırılması və bütövlükdə iqtisadiyyatda islahatlar üçün həyata keçirilən tədbirlər sırasına izafi biznes-lisenziyaların aradan qaldırılması, lisenziya səlahiyyətlərinin ASAN dövlət xidmətləri mərkəzlərinə verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, bəzi biznes yoxlamalarının dayandırılması və vergi rejimində islahatlar daxildir.

Hesabata əsasən, işgüzar mühitin yaxşılaşdırılması üzrə ciddi səylərə baxmayaraq, şaxələndirilmiş və rəqabətqabiliyyətli özəl sektorun yaradılması üçün zəruri olan struktur islahatları əvvəlkitək geridə qalır, korrupsiya isə Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün ciddi problem olaraq qalır.

İqtisadiyyatda dövlətlə bağlı holdinq şirkətlərin kiçik qrupu üstünlük təşkil edir, əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşır, lakin yetərli deyil, məhkəmə şəffaflığı isə yoxdur.

Azərbaycan üzrə hesabatın tam versiyası.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

26 May 2023

açıq mənbələrdən götürülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Toplum Tv xəbər verir ki, bu barədə mayın 26-da bankın filialı məlumat yayıb.  Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.  https://toplum.tv/siyaset/pputin-azerbaycanin-rusiya-iran-sazisine-qosulmasini-isteyirp AMB İran həmçinin bankın fəaliyyətini yoxlayır. “Bank Melli İran-Baku”AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
İqtisadiyyat

IDI-nin araşdırması: Regionda ən yüksək orta gömrük tarifləri Azərbaycandadır

22 May 2023

Açıq mənbələrdən götürülüb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi ilə bağlı sənəd hazırlayıb. Tədqiqatda Azərbaycanda inflyasiya prosesləri araşdırılır. Açıqlanan göstəricilərdən məlum olur ki, hazırda ölkədə qeydə alınan inflyasiya göstəricisi qlobal maliyyə böhranının yaşandığı 2008-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdir. Belə ki, Azərbaycanda 2021-ci ildə 6,7 faziə bərabər olan inflyasiya 2022-ci ildə 13,9 faizə çatıb. https://toplum.tv/iqtisadiyyat/pidi-nin-arasdirmasi-azerbaycanda-tullantilarin-idare-edilmesile-bagli-esas-problemlerp Araşdırmada həmçinin Azərbaycanda inflyasiyanı doğuran amillər təhlil edilib. Son dövrlər ölkədə inflyasiya göstəricilərinin yüksək olmasının əsas səbəbləri olaraq aşağıdakılar göstərilib: - Pandemiya məhdudiyyətlərinin yaratdığı çətinliklər - Daşıma xərclərinin artması - İqlim dəyişikliklərinin təsirləri - Rusiya-Ukrayna müharibəsi Tədqiqatda...

Seçilmiş Videolar

Toplum TV loqo