İqtisadiyyat

Dövlət Komitəsi inflyasiyanın 5%-i keçdiyini bildirir

15 Oktyabr, 2021
127

Açıq mənbələrdən götürülüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 %, qeyri-ərzaq məhsulları üzrə 104,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 104,6 % təşkil edib.
 
Bu barədə oktyabrın 15-də Dövlət Statistika Komitəsi xəbər yayıb.
 
Məlumatda deyilir:
 
"Bu ilin sentyabr ayında isə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,8%, ötən ilin sentyabr ayına nisbətən 108,5% olub.
 
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 102,6%, ötən ilin sentyabr ayına nisbətən 110,4% təşkil edib.
 
Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, azalma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Bu ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,8%, ötən ilin sentyabr ayına nisbətən isə 105,9% olub. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, azalma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 101,5%, ötən ilin sentyabr ayına nisbətən isə 107,9 % təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib".

İqtisadiyyat

Avtomobil bazarından reportaj: “İnsanlar maşın bazarına yox, elə bil muzeyə gəlirlər”

Roza Məmmədova
Vüsalə Mikayıl
30 Noyabr 2021
Badamdarda yerləşən, ucu-bucağı görünməyən avtomobil bazarını maşın muzeyi də adlandırmaq olar: rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınlar sıraya düzülüb. Ancaq bazarda tək-tük adam gözə dəyir, gözə dəyənlər də elə satıcılardır. Onların dediyinə görə, maşın bazarı SSRİ dövründən mövcuddur, ancaq indi burada avtosalonlar da fəaliyyət göstərir. Avtosalonlar onlayn satış, əlaqələndirmə, lizinq kimi xidmətlər göstərir, bir sıra hallarda xidməti keyfiyyətinə görə ənənəvi maşın bazarını qabaqlayır. Xidmət sahəsinə uyğun olaraq bazar iki hissəyə bölünüb, giriş hissəsində nisbətən daha səliqəli görünən avtosalonlar, bazarın qurtaracağında isə köhnə Badamdar avtomobil bazarı fəaliyyət göstərir. Bunu da oxu: Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...” Bu müxtəliflik...
İqtisadiyyat

“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

Vüsalə Mikayıl
30 Noyabr 2021

Açıq mənbələrdən götürülüb

2016-cı ildə dövlətin güzəştli evlər vasitəsilə aztəminatlı ailələrin ev sahibi olacağını elan etməsi çoxlarını sevindirsə də, bir çox aztəminatlı ailələrin layihədən kənar qalması, evlərin satışında şəffaflığın olmaması, mənzillərin təyinatı üzrə istifadə edilməməsi kimi iddalar səslənməyə başladı. Sosial şəbəkələrdə bu haqda yazanlarsa güzəşt sözünün ancaq layihənin adında olduğunu vurğulayırlar. Məsələn, Natıq Nuriyev adlı şəxs “Facebook”da yazır: “Azərbaycanda sosial evlər adına görə ehtiyacı olan, maddi imkanı az olub ev ala bilməyən adamlara uzun müddətli güzəştlərlə satılır. Bu binaların birinə təsadüfi gedişimdə gördüyümü deyim. Bəziləri evi alıb veriblər kirayə. Bu necə olur? Bunu aidiyyatı qurumlar görmürmü?” Bu gün bəzi mütəxəssislər də layihənin özünü...
Seçilmiş Videolar