Daily Sabah
Dövlət Radiotezliklər İdarəsi (DRİ) Bakıda keçirilən “Teknofest" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təqribən 850 min manat vəsait xərcləyib.
Bu barədə Dövlət elektron satınalmalar portalında yerləşdirilən məlumatda bildirilir.
Qeyd olunur ki, DRİ “Teknofest"lə bağlı keçirdiyi üç tenderin nəticəsini açıqlayıb.
DRİ "City Look" şəhər görüntü sahəsində müxtəlif bannerlər və printlərin çapı və icarəsi, hava limanı ərazisində reklamın yerləşdirilməsi, məkan üçün nəzərdə tutulmuş bannerlər və çaplar, həştəq (dəmir) istehsalı üzrə xidmətlərin alınması üzrə “ADPOİNT” MMC ilə 306,8 min manatlıq müqavilə imzalayıb.
Qurum "TakeOff" sammitinin təşkili üzrə “Caspian Event Organisers” MMC-yə 306 min manat, yarış və tədbir təşkilatçıları, könüllülər və digər heyət üçün ketrinq xidmətlərinə görə isə "Lime Catering" MMC-yə 228,5 min manat ödəyib.
Üç şirkətlə bağlanan müqavilələrin ümumi dəyəri 842 min manat təşkil edib.
Son 6 ayda Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir