Dünya Bankı Azərbaycanda aqrar layihələrin reallaşdırılmasını kafi qiymətləndirir
UKTN
Dünya Bankı Azərbaycanda icra etdiyi "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" ("Agricultural Competitiveness Improvement Project") layihəsi çərçivəsində bu il ölkəyə daha 4,36 milyon ABŞ dolları ödəyəcək.
Bu barədə fevralın 19-da Dünya Bankından məlumat verilib.
Məlumata görə, Dünya Bankı tərəfindən 2013-cü ilin sentyabrın ayının 30-da təsdiqlənən "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" layihəsinin ümumi dəyəri 53,25 mln. dollardır və bu məbləğin 34,5 mln. dolları öhdəliyinə düşür. Bank öhdəliyində olan məbləğin 87,36%-ni (30,14 mln. dollar) ödəyib və qalan vəsaitin də layihənin bağlanacağı müddətədək (2021-ci ilin dekabrın 31-də) ölkəyə ödəniləcəyi gözlənilir.
Bildirilir ki, layihənin əsas məqsədləri sırasına Azərbaycanda aqrobiznesin həm tələb, həm də təklif tərəflərinin yaxşılaşdırılması, daha yaxşı emal potensialını və bazarlara daha asan çıxışın təmin edilməsi ilə ölkənin kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətliliyinin artırılması daxildir. Bank layihənin icrası üzrə ümumi irəliləyişi kafi qiymətləndirir.
Qeyd edilib ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. dollar təşkil edir (bura ödənilməmiş öhdəliklər də daxildir – red.). Bundan əlavə, bankın ölkədə üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.
Toplum Tv
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”