İqtisadiyyat

Dünyanın ən azad iqtisadiyyatları: Azərbaycanda neçənci sıradadır?

26 Fevral, 2021
151

heritage.org

İrs Fondu ("The Heritage Foundation") dünyanın ən azad iqtisadiyyatlarının 2020-ci ildəki reytinq siyahısı açıqlayıb.

İrs Fondundan fevralı 26-da verilən məlumata görə, ənənəvi siyah hazırlanarkən bir sıra kateqoriyalar nəzərə alınıb. Bunlara mülkiyyət azadlığı, maliyyə azadlığı, fiskal azadlıq, sahibkarlıq azadlığı, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı, monetar azadlıq, hökumətdə təmsilçilik, korrpsiyadan azadlıq kimi kateqoriyalar aiddir. 

Siyahıda Azərbaycan 180 ölkə arasında 44-cü pillədə qərarlaşmaqla, qismən azad ölkələrin arasında yer alıb. Siyahıda Gürcüstan 12-ci, Ermənistan isə 34-cü pillədə qərar tutmaqla, iqtisadi cəhətdən azad iqtisadiyyatlarda təmsil olunublar. Siyahıda Rusiya 94-cü, Özbəkistan 114-cü, Ukrayna isə 134-cü pillədə qərar tutub. 

Dünyanın iqtsadi cəhətdən ən qeyri-azad ölkələri arasında Şimali Koreya, Suriya, Türkmənistan və Tacikistan kimi ölkələr yer alıb. 
İqtisadi cəhətdən dünyanın ən azad ölkəsi isə Sinqapur olub. Onun ardınca Skandinaviya ölkələri, Kanada, Avstraliya və Böyük Britaniya kimi ölkələr gəlib.

İqtisadiyyat

Bakının kirayə bazarında nə var, nə yox?

10 Aprel 2021

Açıq mənbələrdən götürülüb

Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.  Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı. Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş. “Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”. Pandemiya dövründə...
İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel 2021

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb. Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib. Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.  Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.  Eyni zamanda regionların sosial-iqtisadi...
Seçilmiş Videolar