İqtisadiyyat

Ekspert: "Əhalinin gəlirləri azalıbsa, pullar hara, kimlərin cibinə axıb?"

25 İyun, 2021
1372

Freepik

"Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Azərbaycan bu ilin yanvar-aprel dövründə ixrac etdiyi malları 36,4 faiz bahasına satıb. Dövlət Komitəsi həm də məlumat açıqlayıb ki, yanvar-aprel aylarında xaricə 6 milyard dollarlıq mal satılıb".
  
İqtisadçı Nemət Əliyev sosial şəbəkə hesabında belə yazıb.
  
O qeyd edib ki, 4 aylıq bahalaşmadan 5 milyarda yaxın qazanc götürülüb: "4 aylıq bahalaşmadan 1,6 milyard dollar qazanc götürülüb(6 - 6 ∶ 1,364 ≈ 1,6). Bu qazancın 94 faizdən çoxu neft sektorunun hesabınadır".
  
"Ölkədaxili məhsul bazarlarında ümumi qiymətlərin 20 faiz bahalaşmasını da nəzərə alıb sadə hesablamanı davam etdirsək, o zaman daxili ticarətdən də bahalaşma hesabına daha 2,0 milyard manat və ya 1,2 milyard dollar qazanc əldə olunması üzə çıxar (12 - 12 ∶ 1,2 ≈ 2,0; burada 12-milyard manatla pərakəndə ticarət dövriyyəsinin həcmidir). Beləliklə, 4 aylıq ixracın və daxili ticarətin bahalaşmasından üst-üstə 2,8 milyard dollar və ya 4,8 milyard manat gəlir əldə olunub", - deyə iqtisadçı vurğulayıb.

Nemət Əliyev - VOA

  
"Orta aylıq əməkhaqqı nə üçün azalıb?"

N.Əliyevin sözlərinə görə, ölkədə orta aylıq əməkhaqqının nominal ölçüsü qeyd olunan dövrdə 2 faizə yaxın azalıb: "Əsas kapitala yatırımlar isə 9 faizə yaxın düşüb. Bəs bahalaşmadan 5 milyarda yaxın gəlir götürüldüyü halda orta aylıq əməkhaqqı nə üçün azalıb? Əldə olunan qazanclar hansı səbəblərdən ölkə iqtisadiyyatına investisiya edilməyib? Əhali gəlirləri düşübsə, pullar haraya, kimlərin cibinə axıb? Bahalaşmadan qaz vurub, qazan dolduranlar nə üçün əhalini, iqtisadiyyatı düşünməyib? Bu ziddiyyətli, çalın-çarpaz vəziyyətə aydınlıq gətirmək, izahat vermək hökumətin boynunun borcudur".

Rəşad Həsənov - Sputnik

"Azərbaycanda investisiya mühiti liberal deyil"
  
İqtisadçı Rəşad Həsənov deyir ki, ümumiyyətlə, Azərbaycanda investisiya mühiti liberal deyil: “Biznesmenlər yerli iqtisadiyyata xarici iqtisadiyyatla müqayisədə daha az investiya yatırırlar. Əllərində olan kapitalın əhəmiyyətli hissəsini ölkədən çıxarırlar. Rəqabət mühitinin zəif inkişaf etməsi, mülkiyyət hüququnun tam təmin olunmaması, inhisarçılıq, məmur müdaxiləsi və bunun kimi başqa məsələlər biznes mühitini əhəmiyyətli səviyyədə zəiflədir”.
  
Rəşad Həsənov böyük məbləğdə qazanc müqabilində orta aylıq əməkhaqqının azalması ilə bağlı deyilənləri isə belə şərh edib: “Hər hansısa sahibkar pul qazanır, həmin pulu ölkədə orta aylıq əməkhaqqının səviyyəsinin artması yönləndirməlidir? Orta aylıq əməkhaqqının artması əmək bazarında vəziyyətdən formalaşır. Əmək bazarında pandemiya nəticəsində işsizlik yaranıb, rəqabət kəskinləşib. Sahibkar daha aşağı qiymətə əməyi ala bildiyi halda, niyə baha alsın? Bu, bazar iqtisadiyyatının prinsiplərinə uyğun gəlmir”.
  
"Rəqəmlər reallığı əks etdirmir”
  
İqtisadçı Nazim Bəydəmirli isə bildirib ki, əslində, artan gəlirlərin Dövlət Neft Fonduna toplanıb, gələcək nəsillərə saxlanılması məqsədəuyğundur: “İş adamları üçün şəffaflıq mühit yaradaraq onları biznesin öz imkanları çərçivəsində investisiya qoyulmasına, iş yerlərinin yaradılmasına təşviq etmək lazımdır. Bu da məmur sahibkarlığı olan ölkədə mümkün deyil. Məmur sahibkarlığı olan ölkədə, adətən, başqa ölkələrə investisiya axını baş verir”.

Nazim Baydəmirli - Sosial Media


  
N.Baydəmirli qeyd edir ki, Azərbaycanda əməkhaqqına təsir edən əsas amil dövlət sektorunda çalışanların əməkhaqlarıdır: “Nəzərə alsaq ki, orta əməkhaqqı anlayışı 343 manatdır. Bu daha obyektiv rəqəmdir. Çünki dediyim kimi ölkədə işləyənlərin yarıdan çoxu bu vəsait artamında maaş aldığı göz önündədir. Orta aylıq əməkhaqqı ölkənin guya yaxşı yaşamasını göstəricisi kimi istifadə edilir. Ona görə də o rəqəmlər reallığı əks etdirmir”.
  
Ekspert hesab edir ki, dövlət büdcənin pulunu öz işçilərinə, çalışanlara verməklə görüntü yaradırdı: “Muzdla çalışan 1 milyon 700 min insanın, demək olar ki, 1 milyonu dövlət sektorundan maaş alanlardır. Əvvəlki illərdə əməkhaqqının artması əsas olaraq dövlət büdcəsindən çalışanların maaşlarının artırılması hesabına baş verirdi. Hər il maaşlara 10 faizdən az olmamaq şərtilə artım gəlirdi. Bəzən də bu artım 20-25 faiz civarında olurdu. Pandemiya dövründə isə əməkhaqlarının artması müşahidə olunmadı".
  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo