İqtisadiyyat

Ekspert: "İqtisadi artım yoxdursa, vergi necə arta bilər?"

Şahbala Şahbaladov
7 May, 2021
2115

Açıq mənbələrdən götürülüb

Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. 

Yaradılan sistemə Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı təmin edilib.

Rövşən Ağayev: "Yeni yaradılan sistem tədqiqatçılara və mediaya açıq olmalıdır"

İqtisadçı Rövşən Ağayev “Toplum TV”-yə deyib ki, yeni yaradılan sistem tədqiqatçılara və mediaya açıq olmalıdır: “Çox istəyərdim ki, bu sistem tədqiqatçılara, mediyaya və başqalarına açıq olsun. Bu reyestrə daxil olaraq, kommersiya sirri kimi şirkətlərin adını görməsələr belə, il ərzində nə qədər insanın güzəşt qazandığını, hansı sahələrə güzəşt edildiyini və dövlət büdcəsi bu güzəştlər ilə nə qədər verigini almadığını görsünlər. O halda biz iqtisadiyyatın qazanıb qazanmadığını alternativ qiymətləndirə biləcəyik”.

Rövşən Ağayev - Sosial Media

Ekspertin fikrincə, yeni sistem iqtisadi göstəricilər üçün olduqca vacibdir və düzgün istifadə edilərsə, faydalı olacaq: “Məsələ ondadır ki, çoxlu sayda vergi güzəştləri var, amma bu vergi güzəştlərinin nə qədər subyektin istifadə etməsi, verilən güzəştlərin ümumi dövriyyəsi, nəticədə bütcənin nə qədər itirməsi haqqında indiyə qədər məlumat yox idi. Həmçinin reyestrın olmaması qiymətləndirmə aparmağa da mane olurdu. Əgər güzəşt verilirsə, bunun qazancı da olmalıdır. İstənilən hökumət sahibkara güzəşt verəndə bunun qarşılığında iqtisadiyyatın irəliləyəcəyini ümid edir. İlin sonunda verilən güzəştlərdən iqtisadiyyatın nə qədər qazandığını, hansı sahələrin irəlilədiyini, nə qədər subyektin bu imkanlardan yararlandığını görmək üçün reyster sistemi olduqca vacibdir. Buna görə də hökumət belə bir reyestr yaradır”. 

Toğrul Maşallı: “Problem vergi və gömrüyün tətbiqindədir”

İqtisadçı Toğrul Maşallı isə yeni yaradılan sistemin nəzarət xarakterli olmadığını deyir: “Bundan əvvəl də nəzarət hökumətdəydi. Məsələ burasındadır ki, insanlar bu və ya digər formada güzəştlər barədə özləri öyrənməli idilər. İndi reyestr yaradıblar ki, hər kəs oradan məlumat ala bilsin. Bu daha çox xidmət səviyyəsinə hesablanıb”.

Toğrul Maşallı - Sosial Media

Ekspert hesab edir ki, problem güzəştlərin tətbiqində yox, gömrük və vergi sistemindədir: “Düşünürəm ki, bəzi sahələrdə güzəştlərin tətbiqi vacib də deyil. Çünki güzəştlər bütün sahələri yox, bəzi istiqamətləri əhatə edir. Problem vergi və gömrüyün tətbiqindədir. Hər iki sahədə ciddi problemlər müşahidə edilir. Gömrük Komitəsi və Vergilər Xidməti özbaşına qərarlar verir. Məsələn, iqtisadi artım olmadığı halda, Vergi Xidməti deyir ki, vergilərin yığımı artıb. Artım olmadığı halda, vergi necə arta bilər? Bu, mümkün deyil və paradoksal haldır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...
İqtisadiyyat

Azərbaycanla Çin arasında Anlaşma Memorandumu təsdiq edildi

4 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 4də Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/siyaset/pazerbaycana-gelen-turistlerin-sayi-30-faiz-artibp Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo