İqtisadiyyat

Ekspert komitə sədrinə cavab verdi

5 Mart, 2021
1827

Toplum.tv

“Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”. 

Bunu iqtisadçı Rövşən Ağayev şəxsi sosial media hesabında yazıb.

Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib.
Konfransda komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb. Bildirilib ki, gömrük orqanları fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən şəffaf şəkildə qurub və bu barədə mütəmadi olaraq cəmiyyət məlumatlandırılır.

İqtsadçı ekspert Rövşən Ağayev devalvasiyanın gömrük yığımlarına təsiri ilə bağlı sosial mediada fikirlərini paylaşdığı üçün S.Mehdiyevin qeyd etdiyi ekspertlər arasında olduğunu düşünür: “Komitə sədri çıxışında iqtisadi təhlilçiləri aşağılayan ifadələr işlədərək bəzi ekspertlərin gömrük yığımlarının artımını devalvasiya ilə əlaqələndirdiyini bildirdi və buna da Komitənin uğurlarını kiçiltmək kimi yozdu”. 

Ekspert devalvasiyanın gömrük yığımlarına təsirinin danılmaz olduğu qənaətindədir: “Devalvasiyanın gömrük yığımlarına təsiri məsələsində mübahisəyə yer yoxdur, sadə riyazi hesablamalardır. Xarici ticarət, xarici valyuta, əsasən ABŞ dolları ilə aparılır, rəsmiləşdirmə gününə Mərkəzi Bankın məzənnəsi ilə milli valyutaya çevrilərək gömrük vergi və rüsumları hesablanır. Məsələn, 2014-cü ildə 9.2 mlrd. dollarlıq idxal manat ifadəsində 7.2 mlrd. manat idi, amma tutaq ki, 2018-ci ildə 9.2 mlrd. dollarlıq idxal 15.7 mlrd. manat olur. Aydın məsələdir ki, vergi və rüsum dərəcələrinin sabit qaldığı şəraitdə 2014-cü ildə 1.5 mlrd. manatlıq yığım 2018-ci ildə ən azından 3 mlrd. manat olmalıdır. Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”. 

R.Ağayev bildirir ki, 2014-2018-ci illərdə gömrük yığımlarının artımı birmənalı olaraq manatın dəyərsizləşməsi ilə bağlıdır: “2019-cu ildə 2018-ci illə müqayisədə təxminən 1 miyard manatlıq artım isə təbii ki, devalvasiyanın hesabına deyil. Bəs nəyin hesabınadır?” 

Bu suala cavab olaraq iqtisadçı deyir ki, birinci amil son illər idxal üçün aksiz dərəcələrinin kəskin artırılmasıdır. 

“2017 ci ilə nisbətən aksizlərdən daxilolmaların 3 dəfəyə yaxın artımı da bunu təsdiq edir. İkinci amil də var, amma DGK bir suala dəqiq cavab versə, həmin amillə bağlı öz versiyamı yazacam. Niyə 2017-ci ilədək “Comtrade” bazasına əsasən "güzgü statistikası"nda Azərbaycan tərəfinin göstərdiyi idxal xarici tərəfdaşların göstərdiyindən ən azı 35-40% az olurdu, amma 2018-ci ildən başlayaraq, əksinə Azərbaycan tərəfi az qala 25-30% çox görünməyə başladı?”


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo