Rəsmi səhifə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistdan rəsmi səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycandan Iğdıra magistral yol çəkiləcək.
Bu barədə noyabrın 29-da “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, Iğdıra magistral yolun çəkilməsiylə "Naxçıvan problemi həll ediləcək". Türkiyə lideri həmçinin qeyd edib ki, yol Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdırla əlaqəsinin qurulması üçün çox mühüm addım olacaq.
“Bundan başqa, həm avtomobil, həm də dəmir yolu ilə sərnişin və yük daşımalarında mühüm addımlar atılacaq”, - deyə Prezident vurğulayıb.
O, çıxışında "3+3" platformasına da toxunub. "Bizə məlumat verilib ki, bu istiqamətdə müsbət irəliləyiş var", - Ərdoğan deyib və əlavə edib ki, layihə reallaşdığı təqdirdə regional sülh isbatlanmış olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb