İqtisadiyyat

Füzuli hava limanına ilk sınaq uçuşu baş tutdu

5 Sentyabr, 2021
143

Azal.az

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.

"Report"un məlumatına görə, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Hazırda Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.

İqtisadiyyat

Sahib Məmmədov: “İşəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz”

Məzahir Abdurahmanov
25 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əmək məhsuldarlığından danışıb. Onun dediyinə görə, bu gün Azərbaycanda əmək məhsuldarlığı Avropa ölkələrindən, təxminən, 9 dəfə azdır.  “Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var” – deputat belə hesab edir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək məhsuldarlığını müəyyən edən indikatorlar olduğunu və deputatın söylədiyi rəqəmin hansı indiqakatolar əsasında, hansı tədqiqat mərkəzi tərəfindən əldə edildiyinin bəlli olmadığını bildirir.  Ancaq o da razılaşır ki, əmək məhsuldarlığı Azərbaycanda dəfələrlə aşağıdır. Liqa rəhbəri əmək məhsuldarlığının artırılması üçün çox sayda amillər olduğunu, tək səbəbin təhsil olmadığını qeyd edir. S.Məmmədovun...
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti özünü doğruldurmu? 

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Adı bu cür gurultulu səslənən holdinqin hesabatı olmalıdır. Amma nəyə görəsə yoxdur. Onlar ciddi işlərlə məşğul olsaydılar, ümidverici və ictimaiyyətə müsbət mesaj ötürən fəaliyyətləri olsaydı, yəqin ki, bunun açıqlamasını da verərdilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Nemət Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaxın bir il ərzində fəaliyyətini dəyərləndirərkən deyib. Ötən ilin avqust ayında ölkə prezidentinin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin ilin noyabrın 5-də isə növbəti fərmanla ilk dövrdə 17 dövlət şirkətinin daxil olduğu holdinqin tərkibinə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq” və "Azərsu” kimi iri...
Seçilmiş Videolar