Hesablama Palatası: BNA 735,1 min manat vəsaiti dövlət büdcəsinə qaytarmayıb
BNA
Bakı Nəqliyyat Agentliyi tərəfindən başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real tələbatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.
Məlumatı aprelin 20-də Hesablama Palatası yayıb.
Qurumun məlumatına görə, bu, Bakı Nəqliyyat Agentliyinin (BNA) 01.10.2019-cu il tarixindən 01.01.2021-ci tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair dövlət maliyyə nəzarət tədbiri zamanı üzə çıxıb.
Məlumata görə, audit bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib. “2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb”, - HP bildirib.
Yayılan məlumata görə, qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib: "Müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb. Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün Agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 %-i istifadə olunub".
Hesablama Palatasının gəldiyi qənaətə görə, dövlət büdcəsinin investisiya xərcləri hesabına Agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.
açıq mənbədən götürülüb
azal.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”