İqtisadiyyat
İlham Əliyev: İnşaat sektorunda tənəzzül yaşanır
24 İyun, 2020
464



"İnşaat sektoru təxminən 25-30 faiz aşağı düşür"

"Son illər ərzində Bakıda və ətraf qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilib. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib".

Prezidentin rəsmi saytı yazır ki, İlham Əliyev noyabrın 25-də Sabunçu rayonu Ramanı qəsəbəsində tikilmiş yeni yaşayış binasının açılışında belə deyib.

Ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin yeni mənzillərlə təmin edilməsinin çox gözəl təşəbbüs olduğunu, Bakıda buna bənzər 49 layihənin icra edildiyini vurğulayıb.

"Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin", -prezident deyib.

Ölkə başçısı 115 yaşı olan binada yaşamağın təhlükəli olduğunu, Bakıda belə binaların kifayət qədər çox olduğunu bildirib.

"Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır. İnşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektorunda da canlanma yaradacaq. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Həmin 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir", - İlham Əliyev bildirib.
 
meydan.tv
 

İqtisadiyyat

Ekspert komitə sədrinə cavab verdi

Nigar Səmədli
5 Mart 2021

Toplum.tv

“Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”.  Bunu iqtisadçı Rövşən Ağayev şəxsi sosial media hesabında yazıb. Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib. Konfransda komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb....
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

5 Mart 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanın dünya bazarında satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti kəskin artıb. Belə ki, "Azeri Light" markasının 1 barelə olan qiyməti 2,95 ABŞ dolları və ya 4,6%  artaraq  67,7 dollar təşkil edib.
Seçilmiş Videolar