İqtisadiyyat

İlham Əliyev: ""Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq"

26 Aprel, 2021
159

Sosial Media

“Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır”.

Bunu aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa olunur

16 May 2021

aex.ru

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir. APA xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək. Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır. "Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.
İqtisadiyyat

Gəncə Hava Limanı uçuşları bərpa edib

15 May 2021
Gəncə Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Xəbəri APA yayıb. Bildirilir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib.  Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub. Eyni zamanda "Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib.
Seçilmiş Videolar