İqtisadiyyat

İlqar Məmmədov: “Birinci uşağa görə dövlət heç kimə yardım etməməlidir”

Qadir İbrahimli: “Belə yanaşma konstitusiya pozuntusu deməkdir”

Nigar Səmədli
2 Aprel, 2021
2682

Kollaj - Toplum.tv

“Uşaqpulu mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlamasıyla verəcəyik”.

Bunu ReAl Partiyasının sədri İlqar Məmmədov martın 2-də “Feysbuk” hesabında yazıb. 

Partiya üzvü, deputat Erkin Qədirli isə uşaqpulu əvəzinə, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının daha doğru olduğunu söyləyib: “İnsanlara faizsiz kreditlər verilməlidir. Uşaqpulu sol strategiyaya uyğundur. Uşaqpulu verməklə problem çözülməyəcək. Valideyn vəsaiti uşağına xərcləməyə də bilər, amma mənzil şəraiti yaxşılaşdırılsa, nəticə əldə etmək olar”.

İlqar Məmmədov yazıb ki, uşaqpulu mövzusunu gündəmə gətirənlər bunun büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etmirlər:

“Sadəcə, “uşağım var, dövlət mənə pul versin” kimi təsəvvürləri insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamır, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər". 

"Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan əmsal 2.1-dən aşağı düşüb. Bunun mürəkkəb səbəbləri var. Buraya keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. kimi hallar daxildir", - İlqar Məmmədov qeyd edib.

Onun sözlərinə görə, əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir: "Bu tədbirlər arasında, əlbəttə, doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var. Bizim isə mövqeyimiz belədir: 

- birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

- ikinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. 

- üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir: hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s".

İqtisadçı Qadir İbrahimli isə uşaqlara görə sosial müavinətin verilməsini vacib sayır:

“Ümumiyyətlə, ailənin ehtiyacı varsa, doğulan hər bir uşağa görə və ailədəki uşaqların sayından asılı olmayaraq dövlət tərəfindən maddi yardım edilməlidir. Çünki hər doğulan uşaq gələcəyin vergi ödəyicisi, əsgəri və nəhayət, vətəndaşdır, yəni bu onun konstitusyon hüququdur. Konstitusiyada uşaqların sayı ilə bağlı heç bir ayrıseçkilik yoxdur və belə yanaşma ilk növbədə konstitusiya pozuntusu deməkdir. İkinci bir məqamsa ondan ibarətdir ki, Azərbaycanda illərdir tətbiq olunan ünvanlı sosial yardım sistemi işləmir. Bu səbəbdən də bəzi problemlər yaranır. Əgər ailənin gəlirləri normal yaşayış üçün adekvat deyilsə, həmin ailə ünvanlı sosial yardımın əhatə dairəsində olmalıdır. Eyni zamanda, deputatın qeyd etdiyi mənzil şəraitinin də bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın Mənzil Məcəlləsinə görə, hər bir vətəndaşın yaşayış yeri minimum 16 kvadratmetr olmalıdır”. 

İqtisadçı digər məqamı statistikanın şəffaf olmaması ilə əlaqələndirib: “Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də real deyil. Avropa Birliyinə daxil olan ölkələrdə yoxsulluq həddi 17 faiz olduğu halda, Azərbaycan statistikası iddia edir ki, bizdə cəmi 5 faizdir. Hətta həmin 5 faizə daxil olan vətəndaşların da hamısı ünvanlı sosial yardım almır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, cəmi 63 faiz yoxsul insan ünvanlı yardımın əhatə dairəsindədir. Bu məsələlər çözülmədiyinə görə, uşaqpulu problemi həllini tapmadı və uzun müddət də tapmayacaq”. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlandı

11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  https://toplum.tv/sosial/pdeputatdan-bahalasma-iddialarina-cavab-veziyyet-deyilenlerin-eksidirp Bildirilir ki, 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 8,6% artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb, əvvəlki ilin noyabr ayına nisbətən isə 2,6% artıb.
İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...

Seçilmiş Videolar

Toplum TV loqo