İqtisadçı: "Hökumət biznesə mane olmaq üçün “kreativ” addımlar düşünür"
Rəsmi səhifə
"Dünyanın hər yerində, daha doğrusu seçkili, hesabatlı, məsuliyyətli hökumətlər olan ölkələrdə pandemiyaya görə biznesə, kiçik və orta sahibkarlara müxtəlif növ dəstək proqramları qəbul edilir, biznesi ayaqda tutmaq üçün təşviqedici addımlar atılır. Azərbaycan hökuməti isə biznesə dəstək bir qırağa, mane olmaq üçün gecə-gündüz çalışır, “kreativ” addımlar düşünür, məntiqi “öldürüb” qərarlar verir".
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial media hesabında Nazirlər Kabinetinin iqtisadiyyatla bağlı qərarlarını tənqid etdiyi yazısında qeyd edib.
Natiq Cəfərlinin yazısında bu fikirlər yer alıb:
"İndi də Nazirlər Kabineti Qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulması ilə bağlı qərar verməyə hazırlaşır. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edəcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.
Yəni tərcüməsi budur ki, sahibkar özü uyğunluq bəyannəməsi tərtib edə biləcək, amma doğru tərtib edib-etmədiyini yoxlayacaqlar, yüksək risk qrupuna aid olan malların bəyannaməsini isə müvafiq icra qurumu təsdiqləyəcək. Daha betəri odur ki, bu yüksək risk qrupu nəmənədirsə, onun siyahısını da Nazirlər Kabineti özü müəyyən edəcək.
Azərbaycanda istənilən “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir. İş adamlarını nədən yükləyirsiz ki?! Bilmirsinizmi ki, iş adamları istənilən əlavə xərci mal və xidmətlərin üzərinə gəlir, nəticədə qiymətlər daha da bahalaşır, yəni hökumətin bütün absurd qərarlarının son ödəyicisi vətəndaşdır, alıcıdır.
Daha bir önəmli məsələ bu qərarın tam məntiqsizliyi, insanın ağlı ilə məzələnməsidir:
1) Daxili istehsalın keyfiyyətini, uyğunluğunu yoxlayan bir neçə qurum var, yenisini əlavə etməyə nə ehtiyac var ki?! Guya ölkə nə qeyri-ərzaq malları istehsal edir ki, hələ bir bunun uyğunluğunu yoxlamağa ehtiyac da olsun?! Əynimizə corab-tuman istehsal edə bilmirik, hökumət bu haqda düşünməkdənsə, yeni absurd qərarlar alır.
2) Ölkəyə idxal olunun istənilən mallar isə məhz sərhəddə yoxlanılır, onların uyğunluğu, sertifikatları, tərkibi, təhlükəsizliyi məhz sərhəddə yoxlanıldıqdan sonra ölkəyə buraxılır-buraxılmalıdır. Zatən sərhəddə Gömrük iş adamlarının başına min oyun açır, lazım olan-olmayan bütün sənədləri tələb edir, sonra malı-məhsulu ölkəyə buraxır. Yaxşı, mal ölkəyə gəldisə deməli satışa uyğundur, bundan sonra iş adamı pərakəndə satış üçün niyə kağız almalıdır ki?!
Nə isə, bu hökumət biznesin qənimidir, bu işin nə fəlsəfini bilir, nə sistemini öyrənir. Bizim millət nadir toplumlardandır ki, hökumətdən yeganə gözləntisi, istəyi kömək deyil, onların mane olmamağıdır..."
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?