İqtisadiyyat

İqtisadçı: “Hökumət özü “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını pozur”

Nigar Səmədli
19 İyun, 2021
207

 “Hökumət “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını özü pozur, ya da büdcə qəbul olunan zaman daxildən və ya xaricdən borclanmanın hədlərini artıraraq dəyişikliklər edir”.

“Toplum TV”-yə açıqlamasında iqtisadçı Nazim Bəydəmirli belə deyib.

Nazim Baydəmirli-wikiwand.com

Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 5,6%-nə bərabər olacaq. Keçənilki proqnoz 5,2% təşkil edib.

Bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında bildirilir.

Proqnozlardakı dəyişiklik azad olunmuş torpaqlarda başlanmış rekonstruksiya işlərinin artırdığı xərclərlə və pandemiyayla əsaslandırılır. 2022-ci il üçün gözləntilərsə 2,3%-lik defisitdən 3%-lik defisitə qədər pisləşdirilib.

Nazim Bəydəmirli deyir ki, ÜDM-ə münasibətdə Beynəlxalq Valyuta Fondunun tövsiyələrindəki 3 faizə qədər büdcə kəsri müsbət qəbul olunur və təhlükəli sayılmır: “Əslində, 3 faiz büdcə kəsri müşahidə olunduqda hökumətlərə tövsiyə olunur ki, onlar daha fəal işləsinlər və islahatlar apararaq gəlirləri artıra bilsinlər. Yəni hökumətin təşəbbüsünü artırmaq üçün beynəlxalq maliyyə institutları büdcə kəsrinin olmasına normal baxırlar. Kəsirin 3 faizdən yuxarı olması isə ölkənin borclanmasını sürətləndirən amil hesab olunur”.

Ekspert kəsrin ÜDM-in 5,6%-nə bərabər olmasını pandemiya dövründə Dövlət Neft Fodundan gələn gəlirlərin azalması ilə əlaqələndirib: ““Büdcə sistemi haqqında” Qanuna görə, Fonda toplanan vəsaitlərin 25 faizdən az olmayan hissəsi gələcək nəsillərə saxlanılır, 75 faizə qədəri isə cari xərclər üçün xərclənir. Hökumət əslində “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını özü pozur, ya da büdcə qəbul olunan zaman daxildən və ya xaricdən borclanmanın hədlərini artıraraq dəyişikliklər edir. Milli Məclis isə hökumətdən asılı olduğu üçün bu addımlara göz yumur və nəticədə hökumət istədiyini edir”.

“Digər ölkələr büdcə kəsrlərini qiymətli kağızlar vasitəsilə tənzimləsələr də, Azərbaycan bunu xalqın vəziyyətini pisləşdirərək edir. Məsələn, sonuncu devalvasiya zamanı manatın kursu dəyişdirilək bir çox addımlar atılmış, nəticədə vəziyyət hökumətin istədiyi kimi getmişdi. Əslində isə Mərkəzi Bank müstəqil qərar verməli, pul-kredit siyasəti hökumətin əlində olmamalıdır. Bu səbəbdən biz Azərbaycan iqtisadiyyatını və büdcə kəsrlərini başqa ölkələrlə müqayisə etdikdə, Azərbaycanda fərqli bir mexanizm müşahidə etmiş oluruq”, - deyə N.Bəydəmirli əlavə edib.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsində kəsrin ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə daralaraq 0,2% təşkil edəcəyini, 2022-ci ildə bu göstəricinin bir qədər artaraq ÜDM-in 0,7%-nə bərabər olacağını proqnozlaşdırır.

Dünya Bankı isə Azərbaycanın icmal büdcəsinin kəsrinin ÜDM-ə nisbətinin bu il 2,5% təşkil edəcəyini, 2022-ci ildə profisitə qayıdaraq ÜDM-in 2,8%-nə bərabər olacağını gözləyir.

Faktiki göstəricilərə görə, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 milyard manat, xərcləri isə 29,160 milyard manat olub. Yaranmış büdcə kəsri 4,698 milyard manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-ni təşkil edib.

İqtisadiyyat

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021

Rəsmi səhifə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Bu barədə iyulun 29-da İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
İqtisadiyyat

Ekspert: “Məmurlar bizneslərini gəlinlərinin və qızlarının adından idarə edirlər”

Nigar Səmədli
27 İyul 2021

Açıq mənbələrdən götürülüb

“Məmurlar dövlət vəzifələrində oturaraq öz bizneslərini gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adından idarə edirlər. Əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil”.   İqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyir.   Azərbaycanda fərdi sahibkarların 20-i faizindən çoxu qadındır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə bildirib. Vüsal Qasımlı - Açıq mənbələrdən götürülüb V.Qasımlı qeyd edib ki, İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq...
Seçilmiş Videolar