İqtisadiyyat

İran üzərindən gələn türkmən qazı -  “Azərbaycan bir sazişlə iki nəticə əldə edir”

Roza Məmmədova
30 Noyabr, 2021
988

President.az

“Türkmən qazı Avropa bazarına ayaq açır: Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Bunu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab etmək olar”

Siyasi şərhçi Asif Nərimanlı noyabrın 28-də Azərbaycan, Türkmənistan, İran arasında qaz nəqli ilə bağlı imzalanan son razılaşmanın iqtisadi əhəmiyyətindən danışarkən belə deyir.

2021-ci il dekabrın 25-dən başlayaraq Azərbaycanın İran vasitəsilə Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alacağı açıqlanıb.

Mətbuatın yazdığına görə, sövdələşmədən əldə ediləcək gəlir sayəsində İran öz qazını ölkənin beş bölgəsinə yönəldə biləcək. Azərbaycan isə  Türkmənistandan gündəlik 5-6 milyon kubmetr qaz alacaq.

Müddətsiz müqavilənin icrasına bu il dekabrın 22-də başlanacağı deyilir.

NiyəTransxəzər yox, Azərbaycan-İran-Türkmənistan?  Yeni razılaşma hansı prespektivlər vəd edir?

“Report”un məlumatına görə, son illər Azərbaycanda təbii qaz hasilatı artıb: “Hətta 2017-2018-ci illərdə ölkə üzrə təbii qaz hasilatı 7,2%, bu ilin birinci yarısında isə 20%-dən yuxarı artıb”.

Bunu da oxu: SOCAR-ın hesabatında böyük məbləğdə “texniki səhv”lər

Həmçinin, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, 2019-cu ilin yanvarın 1-dən Azərbaycan artıq qaz idxalçısı deyil: “2019-cu ilin ilk yarısının yekunları onun göstərir ki, həqiqətən də Azərbaycanda əmtəəlik qaz hasilatı 24 milyard kubmetr və ola bilsin bir qədər artıq olsun. 2018-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı isə 19,2 milyard kubmetr təşkil edib. Bu gün Azərbaycanda kifayət qədər qaz hasilatı mövcuddur”.

İlham Şaban - Sputnik

Azərbaycanda kifayət qədər daxili qaz ehtiyatlarının olması zaman-zaman vurğulansa da, bununla belə ölkə rəsmiləri Avropaya qaz nəqlində Azərbaycanın da tranzit ölkə kimi maraqlı olduğunu ifadə edirlər.

Türkmən qazının Avropaya Cənub Qafqaz vasitəsilə nəql edilməsi ilə bağlı irəli sürülən layihələrədən ən məşhuru Transxəzər qaz kəməri layihəsidir.

İdeyası ilk dəfə 1990-cı illərin sonlarından gündəmə gəlsə də, hətta bununla bağlı tərəf ölkələrin razılıqları olsa da, qaz kəmərinin inşası həm milyardlarla (təxminən 8 milyard) maliyyə tələb etməsi, həm də siyasi maeələr səbəbindən indiyə qədər ləngiyib.

Bu ilin noyabrın 12-də İstanbulda VIII sammit zamanı Türk Dövlətləri Təşkilatı yaradılarkən bir sıra ekspertlər Transxəzər qaz kəməri ilə bağlı müəyyən razılıqların olacağını ehtimal edirdi.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, Transxəzər qaz kəməri layihəsini hələ də arxa plana keçmiş kimi qiymətləndirmək olmaz. Bu qaz kəməri hələ də alternativ olaraq qalır, ancaq yaxın deyil, uzaq prespektivdə.

Qubad İbadoğlu - Açıq mənbələrdən götürülüb

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanın Türkmənistandan birbaşa qaz alması üçün heç bir infrastruktur yoxdur:

“Əgər Azərbaycanın imkanları olsaydı, qazı 3-cü ölkə olan İran vasitəsilə deyil, birbaşa alardı. Azərbaycan Türkmənistandan həm də ona görə qaz alır ki, həm ölkənin ehtiyaclarını, həm də xaricə qaz ixracatını bunun hesabına ödəsin və ya artırsın. Bu baxımdan bunun effekti var. Daha əvvəllər SOCAR-la “Qazprom” şirkəti arasında əhəmiyyətli dərəcədə olmasa da qaz nəqli ilə bağlı razılaşmalar olub. Sadəcə nəql zamanı xərcləri tənzimləmək daha asan olduğundan belə müqavilələrə üstünlük verirlər. Azərbaycanın Türkmənistandan birbaşa qaz alması üçün infrastruktur olmasa da, Türkmənistanla İran, İranla da Azərbaycan arasında hazır infrakstruktur var”.

Azərbaycan bu razılaşma ilə nəyə nail oldu?

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir:

Bunu da oxu: Türk Dövlətləri Təşkilatının gələcəyi varmı?

“Türkmən qazı Avropa bazarına ayaq açır: Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Bunu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab etmək olar.  

Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq. Həmçinin gediş Transxəzər layihəsinə siyasi dəstəyi də artıra bilər”.

Asif Nərimanlı - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçinin sözlərinə görə, saziş İranla münasibətlərdə də yeni səhifə aça bilər:

“Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir. İrana yeni imkanın yaradılması onun Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil. Bununla belə, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa sövq edir. Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır. Beləliklə, Azərbaycan bir sazişlə iki nəticə əldə edir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

“Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq

3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərkosmos və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Toplum TV APA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq.  "Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də Azərkosmosa dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək", - məlumatda qeyd olunub.  https://toplum.tv/sosial/pazerbaycan-ve-israil-kosmos-sahesinde-emekdasliga-baslayirp Bildirilir ki, peyklər 2026 və...
İqtisadiyyat

Söyüdlü hadisələri şirkət səhmlərini 80% ucuzlaşdırıb

Toplum TV
28 Sentyabr 2023

angloasianmining.com

Gədəbəyin Söyüdlü kəndində qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo-Asian Mining Plc." şirkətinin səhmləri 80% dəyər itirib. Toplum TV "Reporta"-a istinadən xəbər verir ki, bu haqda sentyabrın 28-i şirkətin baş direktoru Reza Vəziri açıqlayıb. Belə ki, Söyüdlü kəndində baş verən hadisələr Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin səhm dəyərlərinə ziyan vurub. Şirkət direktoru açıqlamasında, yenidən birja qiymətlərini artırmaq üçün çalışacaqlarını qeyd edib. "Hazırda qiymətlərdə 80 % azalma müşahidə olunur. Düşünürəm ki, şirkətə böyük ziyan dəysə də, bu, bizim bazardan çıxmağımıza səbəb deyil və yenidən birjalarda səhmlərin qiymətlərini artırmaq üçün çalışacağıq", - Vəziri bildirib. https://toplum.tv/olke/psoumlyuumldluumldeki-zavodun-fealiyyeti-uumlccediluumln-sertler-accediliqlanibp Xatırladaq ki, iyunun...

Seçilmiş Videolar

Toplum TV loqo