İqtisadiyyat
Iran valyutası ucuzlaşıb
24 İyun, 2020
Baxış: 151
Ötən həftəsonu İran valyutası dollara nisbətdə rekord həddə ucuzlaşıb. Bu arada ölkə ABŞ sanksiyaları, koronavirus, aşağı neft qiymətlərinin məngənəsində sıxılmaqdadır.

İyunun 20-də küçə ticarətində bir dollar 193.400 riala satılıb. Bunu "Bonbast.com” xarici valyuta mübadiləsi vebsaytına əsasən demək olar. "Donya-e-Eqtesad” iqtisadi qəzeti isə dolların məzənnəsini 190.800 göstərib.

İran dünya gücləri ilə 2015-ci ildə nüvə sazişi imzalayandan İran valyutası dollara qarşı 600 faizdən çox ucuzlaşıb. İran fevralın ortasına koronavirusa ilk yoluxmanı qeydə almazdan öncə bir dollar 140.000 rial idi.

ABŞ Prezidenti Donald Trump 2015-ci ildə nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib.

Təzyiq getdikcə artır

İyunun 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarə heyəti Tehranı iki keçmiş şübhəli nüvə obyektinə çıxışa imkan yaratmağa çağırıb.

Koronavirus pandemiyası və neftin ucuzlaşması da iqtisadiyyatın durumunun daha da pisləşməsinə təsirini göstərib.
İran Yaxın Şərqdə pandemiyanın ən böyük ziyan vurduğu ölkədir, indiyədək 200 mindən çox yoluxma qeydə alınıb, 9 min 500 xəstə dünyasını dəyişib.

Mərkəzi Bankın rəhbəri Abdolnaser Hemmati deyib ki, ölkəsi bazarın likvidliyini təmin etməkdən ötrü xaricdə dondurulmuş milyardlarla dollarlıq vəsaitə çıxış əldə etməyə çalışır.

O, iyunun 20-də Instagram postunda BAEA qətnaməsinin psixoloji təsirinin, bazara təsir göstərən digər faktorların əhəmiyyətini azaltmağa çalışıb.

"Məhdud neft gəlirlərinə baxmayaraq, ölkənin xarici valyuta balansı yaxşıdır və mərkəzi bank ABŞ-ın davamlı təzyiqinə baxmayaraq... gərəkən valyutanı təmin edəcək”, – Hemmati deyib.

Mayda İran parlamenti valyutadan dörd sıfırın atılmasına, onun tümənlə əvəzlənməsinə qərar verib. Bir tümən 10 min riala bərabərdir. Bu qanunu hələ nüfuzlu sərt xətt tərəfdarı olan Mühaffizlər Şurası ratifikasiya etməlidir.
 
azadliq.org
İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar 2021
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb. "OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib. Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
İqtisadiyyat

Azərbaycan nefti yenidən bahalaşdı

20 Yanvar 2021
Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və ya 1,84 % artıb. "OilPrice" platformasının yanvarın 20-də verdiyi xəbərə görə, Azərbaycan neftinin bir barelinin qiyməti son satışlarda 56,39 ABŞ dolları təşkil edib. "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdı.
Seçilmiş Videolar