İqtisadiyyat

Kağız materialları bahalaşdı – kitablar da bahalaşacaqmı?

8 Dekabr, 2021
824

EDEL BOOKS

“Kitab çapı günbəgün bahalaşır, xüsusən son bir ildə ciddi bahalaşma var”.

Bunu “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq kağız məhsullarının bahalaşması məsələsini “Toplum TV”-yə şərh edərkən deyib.

Son günlər sosial mediada kitab çapı üçün nəzərdə tutulan kağız məhsullarının bahalaşması məsələsi müzakirə olunur. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu öz “Feysbuk” hesabında kağızın 1 tonunda 220 dollar bahalaşmanın baş verdiyini yazıb. Onun sözlərinə görə, 1 ton kağız 1380 dollardan 1600 dollara qalxıb.

“5 il əvvəl 900-1000 dollara aldığımız kağız artıq 1600 dollaradır”

Ş.Xuduoğlu “Toplum TV”-yə açıqlamasında deyib ki, qiymət artımı bu sahədə fəaliyyət göstərən müəssisələrin işini çətinləşdirir: “Kağız aldığımız firmalar qiymətləri qəfildən artırdılar. Bahalaşmaya səbəb kimi isə dünya bazarında qiymətlərin artmasını göstərdilər. Bu dərəcədə bahalaşma məni təəccübləndirdi. 5 il əvvəl 900-1000 dollara aldığımız kağız artıq 1600 dollaradır”.

Şahbaz Xuduoğlu - Sosial Media

Nurman Tariq isə qeyd edir ki, bahalaşma müxtəlif kağız məhsullarında müxtəlif həddə olub: “Bahalaşma kağızın idxal olunduğu ölkələrdən asılıdır, hazırda Avropadan gələn kağızlarda daha çox bahalaşma müşahidə olunur. Misal üçün, kitabların qapağı üçün istifadə olunan “bristol” kimi tanınan kağız ilin əvvəli ilə müqayisədə, haradasa 100% bahalaşıb”.

“Kağızın bahalaşması kitabların qiymətinə də təsir göstərəcək”

Kağız və kitab məhsullarına tətbiq edilən ƏDV təzəlikcə aradan qaldırılmışdı. Milli Məclisin dekabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılmışdı.

Bunu da oxu: YAP-çı deputat: “Bazarlarda araşdırmalar aparılmalı və qiymətlərə nəzarət edilməlidir”  

Dəyişiliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilmişdi.

ƏDV-nin götürülməsindən sonra kitab məhsullarında ucuzlaşmanın olacağı gözlənilirdi. Amma kağız məhsullarının bahalaşması ilə kitabların qiymətində ucuzlaşma ehtimalı aradan qalxa bilər.

Kağızın bahalaşması kitabların qiymətinə təsir göstərəcəkmi - sualına cavabında Şahbaz Xuduoğlu deyib ki, bu qaçılmazdır: “Kitab qiymətlərinin 70% kağızdan asılıdır. Kağızın bahalaşması kitabla bağlı olan hər bir məhsulun qiymətini artırır”.

N.Tariq hesab edir ki, kitabın bahalaşmamasının qarşısını almaq mümkün olmayacaq: “Bildiyiniz kimi, yaxın vaxtlarda kağız idxalından, kitabın çapı və satışı üzərindən ƏDV götürüldü. 18%-lik ƏDV kitabın üzərində ağır yük idi. Bu addım kağızın və ümumi kitab çapının bahalaşması fonunda çox yerinə düşdü. Qanunvericilikdə edilən bu dəyişiklik qüvvəyə mindikdən sonra müəyyən həddə bahalaşma kompensasiya ediləcək, yaxud onun təsiri azalacaq. Amma düşünmürəm ki, bu, həlledici rol oynayacaq”.

Nurman Tariq - Sosial Media

Naşirin sözlərinə görə, hansısa süni müdaxilə ilə kitab çapında, yaxud digər idxal məhsullarındakı bahalaşmanın qarşısının alınması, çətin ki mümkün olsun: “Hazırda bahalaşma hər sahədə gedir, təkcə kitabla məhdudlaşmayıb. Dövlət ümumi olaraq əhalinin rifah səviyyəsinin artırılması, gəlirlərinin yüksəldilməsi üçün ciddi addımlar atmalıdır. Əhalinin ümumi gəliri azdırsa, zəruri ehtiyaclarını qarşılaya bilmirsə, o, təbii ki, kitab da almayacaq, oxumayacaq. Əksinə, insanların maddi təminatı yüksək olsa, kitabda olan bir-iki manatlıq bahalaşma onların gözünə görünməz. Ümumi olaraq mədəniyyət maddi rifahla sıx bağlıdır”.

Kitabların bahalaşmaması üçün dövlət hansı addımları atmalıdır?

Milli Məclisin deputat Fazil Mustafa məsələ ilə əlaqədar açıqlamasında deyir ki, xaricdən idxal edilən kağızın bahalaşması həmin ölkədəki qiymətlərdən asılıdır: “Biz idxal etdiyimiz malları xarici valyuta ilə alırıq. Malları idxal etdiyimiz ölkələrdə qiymət artımı baş verdiyi üçün bizim ölkədə də həmin malların qiyməti qalxır.  Xaricdə qalxan qiymətin qarşısını da biz ala bilmərik”.

Fazil Mustafa - Açıq mənbələrdən götürülüb

Deputatın sözlərinə görə, çap işinin asanlaşdırılması üçün dövlət nəşriyyatlara güzəşt edə bilər: “Sadəcə olaraq güzəştin də hüdudu var. Bu hüdudu keçmək olmaz. Çünki bizdə faktiki olaraq özəl sektor da fəaliyyət göstərir. Dövlət və özəl sektorlar rəqabət içindədir. Əgər güzəşt çox olarsa, bu, bazardan dövlət sektorunun rentabelli olmayaraq çıxması deməkdir. Bu da ölkəyə sərf etməz”.

Bunu da oxu: Yazarlar və naşirlər nazirliyi tənqid edir: kitab sərgisinə 300 min manat xərclənib?

Şahbaz Xuduoğlu isə deyir ki, Azərbaycanda kitabların qiyməti Avropaya baxdıqda ucuzdur. Ancaq ölkədə maaşlar aşağı olduğu üçün kitabların qiyməti baha görünür.

“Dövlətin edə biləcəyi ƏDV-nin aradan qaldırılması idi. Onu da etdi. Sadəcə olaraq indi çalışmalıdırlar ki, kağızın gətirilməsi prosesində maneələr, gömrükdə süni problemlər olmasın”, - deyə naşir vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo