AAYDA
"Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə Kəlbəcərə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq”.
Bunu fevralın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi yaşayışı təmin edənə qədər bu yoldan istifadə olunacaq: "Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılır. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərdə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, - deyə S. Məmmədov bildirib
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?