İqtisadiyyat

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

22 Yanvar, 2022
216

“Orta aylıq əməkhaqqı göstəricisi inflyasiyadan aşağıdır”

2021-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ən az əməkhaqqı artımı Azərbaycanda olub.

Ötən ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb.

Bununla da Azərbaycan iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə MDB dövlətləri arasında sonuncu yeri tutub.

İqtisadçı Qubad İbadoğlu deyir ki, hətta ölkələr arasında ərzaq və s. məhsulların artım tempinə görə Azərbaycan ön sıralardadır: “Azərbaycan MDB dövlərtləri arasında orta aylıq nominal əməkhaqqı göstəricisi inflyasiyadan aşağı olan yeganə dövlətdir. Bu iki göstərici arasında fərq – 5,7 faizdir. Bu isə o deməkdir ki, real olaraq Azərbaycanda orta aylıq əməkhaqqı artmayıb, əksinə, azalıb”.

İqtisadçı əlavə edir ki, Azərbaycanda inflyasiya ilə bağlı rəsmi məlumat müstəqil ekspertlər arasında şübhə doğurur. Əslində gerçək inflyasiya Dövlər Sstatistika Komitəsinin açıqladığı rəsmi rəqəmdən dəfələrlə yüksəkdir.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı 2021-ci ilin ilin makroiqtisadi göstəricilərinə görə, ötən il Azərbaycanda əhalinin nominal gəlirləri 57 milyard 181 milyon manat olub.

Bu, 2020-ci illə müqayisədə 2.6 faiz artım deməkdir. Ancaq ötən il ölkədə orta illik inflyasiya göstəricisi daha yüksək – 6.7 faiz olub. Deməli, qiymət artımlarının səviyyəsi əhalinin gəlir səviyyəsini üstələyib.(Meydan TV)

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo