açıq mənbədən götürülüb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub.
Bu barədə məlumat qurumun maliyyə hesabatında yer alıb.
Hesabata görə, ötən il AMB-nin faiz gəlirləri əvvəlki ilə nisbətən 22,5 % az, faiz xərcləri 11,6% çox, haqq və komissiya gəlirləri 99,9% çox, haqq və komissiya xərcləri 41 % az, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirləri 7 dəfə az, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli dəyərdə ilkin tanınması üzrə zərəri 11,8 dəfə az gəlir olub.
Qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 35 milyon 394 min manat, törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23 milyon 254 min manat, likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 133 min manat, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 60 milyon 298 min manat qiymətli kağızların dəyərsizləşməsinin bərpası üzrə gəlirləri 90 min manat, xarici valyuta əməliyyatları üzrə xalis zərəri 935 min manat, sair əməliyyat gəlirləri 5 milyon 306 min manat, dəyərsizləşmə üzrə gəlirləri 18 milyon 361 min manat, inzibati və sair əməliyyat xərcləri isə 79 milyon 573 min manat təşkil edib.
Hesabatda o da qeyd olunur ki, Bank 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəətlə başa vurub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür