İqtisadiyyat

Mərkəzi Bankın dolaşıq rəqəmləri: banklar qazanır, əhali yoxsullaşır

Məzahir Abdurahmanov
23 İyul, 2021
1719

Rəsmi səhifə

“Bunların hamısı məmur sahibkarlığından və digər sektorlarda olan inhisarçılıqdan qaynaqlanır. Banklarda bundan çox fərasətlə istifadə edirlər, əməliyyat xərclərini yalandan şişirdirlər”.

Bunu iqtisadçı Nazim Bəydəmirli Mərkəzi Bankın bank sektorunun aktivləri artdığı halda, mənfəətlərin azalması barədə yaydığı ziddiyyətli açıqlamaya şərh verərkən deyib.

Mərkəzi Bankın məlumatında bildirilir ki, bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 069,9 milyon manat təşkil edib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 28 220,1 milyon manata, o cümlədən depozit portfeli 14,15% artaraq 22 125 milyon manata çatıb.

Həmçinin qeyd olunub ki, Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 366,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,45% azdır.

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

N.Baydəmirli hesab edir ki, banklar çox qazansalar da, az ödəməyə davam edirlər: “Deyirlər ki, əməliyyat gəlirləri artıb, ancaq mənfəətdən toplanan verginin faizləri azalıb. Bu o deməkdir ki, banklar vətandaşların hesabına daha da varlanır, xidmətləri daha da artır, ancaq onlar həm də bu gəlirləri müxtəlif layihələrə xərcləyərək, zərərlərini artıq göstərərək daha az vergi ödəyirlər”.  

Mərkəzi Bank məlumatına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi də artıb. Belə ki, bu rəqəm iyulun 1-nə 914,6 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 2,4% çoxdur. Qurumun məlumatında həmçinin bildirilir ki, əhaliyə verilən ipoteka kreditlərinin həcmi artıb. "İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 203,4 milyon manat ipoteka krediti verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur", - deyə xəbərdə qeyd edilib.

N.Baydəmirli problemli kreditlərin artmasını belə şərh edib:

“Problem ona görə artır ki, insanların vəziyyəti pisləşdikcə, təbii ki, qaytarılmayan kreditlərin faizi artacaq. Yəni siz istehlak krediti götürmüsünüz və onu ödəyə bilmirsinizsə, bu kredit faizi gecikirsə, deməli, qaytarılmayan kreditlərin faizi artacaq”.

Ekspert onu da qeyd edib ki, banklar ipotekaya vəsait ayırmırlar: “İpoteka kreditlərinin şərtləri o qədər çətindir ki, bunu təxminən 800 manatdan yüksək maaş alan, ailənin gəlirləri 2000 manatdan yüksək olan vətəndaşlar ödəyə bilər. Ona görə də ipoteka kreditləri büdcədən maliyyələşir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bill Qeyts: Süni intellektin sayəsində həftədə cəmi üç gün işləyəcəyik

Toplum TV
24 Noyabr 2023

NDTV

"Süni intellektin inkişafı üç günlük iş həftəsinə nail olmağa imkan verəcək".  Toplum TV "Business Insider" nəşrinə istinadən xəbər verir ki, bunu "Microsoft"-un yaradıcılarından biri, milyarder Bill Qeyts mətbuata açıqlamasında deyib.  Süni intellektin inkişafının iş yerlərini təhdid edib-etmədiyini barədə suala cavabında Qeyts bildirib ki, süni intellektin sayəsində bir gün insanlar  "indiki qədər çox işləmək məcburiyyətində qalmayacaqlar". O, “maşınların bütün qidaları, ümumən hər şeyi istehsal etdiyi” bir dünyanın yaranacağını güman edir.  https://toplum.tv/iqtisadiyyat/azerbaycanin-milli-suni-intellekt-strategiyasi-hazirlanacaq "Əgər bunun axırı sizin həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətlə nəticələnirsə, bu, yəqin ki, yaxşıdır", - Qeyts açıqlamasında vurğulayıb.  Bununla belə, texnologiya dünyasında heç də hər kəs Bill...
İqtisadiyyat

Manatın kursunun düşəcəyi tarix açıqlanıb

14 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Beynəlxalq kredit risklərinin data analizi və araşdırması ilə məşğul olan “Fitch Solutions” şirkəti (FS) Azərbaycan manatının yaxın 10 ildəki məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Toplum TV xəbər verir ki, bu barədə material şirkətin rəsmi saytında dərc olunub.  Şirkətin analizlərinə əsasən, manatın məzənnəsinin 2027-ci ilə qədər sabit qalacağı proqnozlaşdırılır.  https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-erzagin-bahalasmasi-11-faizi-keccedilibp Amma şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75-ə, 2028-ci ildə isə 1,80-ə düşəcəyini bildirib. Proqnozlara görə, 2033-cü ilə qədər ABŞ dollarının manata qarşı məzənnəsi 1,80 səviyyəsində qalacaq. Bundan əvvəl Hollandiyanın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağını elan etmişdi.

Seçilmiş Videolar

Toplum TV loqo