Taleh Kazımov - açıq mənbədən götürülüb
“Manatın məzənnəsinin sabit saxlanılması davam edəcək”.
APA-nın məlumatına görə, bunu, Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.
“Geosiyasi və geoiqtisadi şəraiti, hal-hazırda tədiyyə balansının cari əməliyyat hesabının profisitini, ümumiyyətlə fiskal büdcənin profisitini, infilyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində davam etməkdədir”- T.Kazımov bildirib.
Mərkəzi Bankın sədri bildirib ki, üzən məzənnə daha fundamental yanaşma tələb edir.
Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə aprelin 12-də gətirilib.
Buna qədər o, "PAŞA Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Elman Rüstəmov isə 1995-ci ildən sözügedən vəzifəni tuturdu.
açıq mənbədən götürülüb
azal.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır