Mikayıl Cabbarov Azərbaycanın niyə ÜTT-yə üzv olmadığına aydınlıq gətirdi
AZƏRTAC
İqtisadiyyat nazir Mikayıl Cabbarov Azərbaycancanın Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv kimi qoşulacağını dəyərləndirib.
APA-nın məlumatına görə, nazir beynəlxalq və dünya ticarət sistemi ənənəvi konyukturadan fərqli bir təkamülə keçməkdə olduğunu ifadə edib:
"Növbəti onilliklər ərzində onun əsas elementlərindən biri regionlaşma və qloballaşmadır. Bu, o demək deyil ki, azad ticarət ideyası köhnələcək. Dəyərlər bəlkə də dəyişəcək. Bu, o demək deyil ki, Azərbaycan və yaxud digər hansısa ölkələr ÜTT-nin üzvü olmaqla kənarda qalacaqlar".
Nazir Azərbaycanın hələ də bu təşkilata üzvlülüyünün olmadığının səbəbini ölkənin hələ də institusional mədəniyyətin, standartlara riayət ənənəsini, rəqabət, mal və xidmətlərdə sərbəst ticarətin olması ilə əlaqələndirib.
"Bunlar hamısı ecosistemdə nəticə etibarı ilə milli iqtisadiyyatın iqtisadiyyatda dəstəklənəcəyinə, genişləndirilməsinə ehtiyac olacağı anlamına gəlir. Bunu etməyin yeganə yolu onlara riayət etməkdir. Sual yarana bilər ki, əgər belədirsə niyə biz hələ də ÜTT-yə üzv deyildik? Burada biz ÜTT-nin "qızıl qaydasına" qayıtmış oluruq. Bu isə ondan ibarətdir ki, nə qədər çox vaxt keçərsə və yaxud da ki, nə qədər ÜTT-də ölkələrin sayı çox olarsa, bir o qədər qəbul prosesi uzanır. Çünki artıq ÜTT-də olan ölkələr öz tələblərinin də nəzərə alınmasını tələb edirlər. Yəni başqa qəbul edilən ölkələrə xitabən, öz tələblərini irəli sürürlər. Bu da öz növbəsində gözləmə müddətini uzadır",- deyə nazir əlavə edib.
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?