İqtisadiyyat

Neft Fondunda 3 milyard manatlıq defisit yaranıb

9 İyun, 2021
323

Açıq mənbələrdən götürülüb

Ötən il ərzində manat ifadəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin ümumi həcmi 9 360,8 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (7 832,9 mln. manat) 119,5% səviyyəsində icra edilib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir. 2020-ci il ərzində ARDNF-nin büdcə xərcləri 12 425,3 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 439,9 mln. manat) 99,9% səviyyəsində icra olunub.

Nəticə etibarı ilə Fond hesabat ilini 3 064,5 mln. manat və yaxud 1 802,4 mln. ABŞ dollar məbləğində defisitlə başa vurmasına baxmayaraq, Fondun vəsaitlərinin idarə edilməsindən gəlirlərin büdcədə nəzərdə tutulana qarşı daha çox icrası və büdcədənkənar gəlirlər hesabına (2 043,5 mln. dollar – 1 802,4 mln. dollar = 241,1 mln. dollar) Fondun vəsaiti ilin əvvəlinə nisbətən 241,1 mln. dollar artaraq 43 564,3 mln. dollar təşkil edib. 2019-cu ildə Neft Fondunun büdcəsində profisit yaranmışdı və 7 442 mln. manat və ya 4 377,7 mln. dollara bərabər idi.

ARDNF-nin 2020-ci ilin dürüstləşdirilmiş büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 35 dollar nəzərdə tutulduğu halda, 2020-ci il ərzində xalis mədaxil qiyməti 38,5 dollar təşkil edib.

İqtisadiyyat

Bakıda yeni metro-stansiyasının inşasına başlanıldı

21 Sentyabr 2021

Bakı metropoliteni

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb. Bu barədə sentyabrın 21-də Bakı Metropolitenindən məlumat verilib.  Bildirilir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir. Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin...
İqtisadiyyat

"Əsrin Müqaviləsi"nin qazancları və itkiləri - Azərbaycan neftdən yenə böyük pullar qazana bilərmi?

Vüsalə Mikayıl
20 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neft pulları daha çox hakimiyyətin avtoritar dayaqlarının möhkəmlənməsinə yönəldi. Beləliklə, Azərbaycanda artan neft gəlirləri fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır. Hesab edirəm ki, bu da "Əsrin Müqaviləsi"nin avtoritar rejimdə idarə olunmasının məntiqi nəticəsi kimi qəbul edilə bilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Qubad İbadoğlu “Əsrin müqaviləsi”nin bərabərində gətirdiyi məsələləri şərh edərkən deyib. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalanıb. Müqavilə 7 ölkə - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,...
Seçilmiş Videolar