İqtisadiyyat

Neft və qazın qiyməti bahalaşır – Azərbaycan bundan nə qazanır?

13 Oktyabr, 2021
2506

Açıq mənbələrdən götürülüb

“Həm lazım olan sosisal tədbirləri keçirmək, həm Qarabağda gedən abadlıq işlərinin sürətləndirilməsi üçün o vəsaitdən istifadə etmək olar”.

Bunu dünya bazarlarında neft və qazın qiymətlərindəki artımı “Toplum TV”-yə şərh edərkən Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Oktyabrın 12-də Azərbaycanın dünya bazarlarında satdığı neftin qiyməti artıb. “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 1,3% artaraq 85,89 dollar təşkil edib.

İqtisadçı Rəşad Həsənov ilin əvvəlində ekspertlərin neftin qiymətinin 60-70 dolar arasında olacağı barəsində verdikləri proqnozların özünü doğrutmamasının təbii hal olduğunu deyir: “Bazarda yaranmış qısamüddətli şokların və hadisələrin gələcək inkişaf ssenarilərini tam müəyyən etmək olmur. Adətən proqnozlar bu və ya başqa formada yayına bilir”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, neftin qiymətləri ilə bağlı verilən proqnozların hansı ekspertlər tərəfindən verilməsinə baxmayaraq, 90 faizi özünü doğrultmur: “Bunun başlıca səbəbi də odur ki, neftin qiymətinə bir çox faktorlar təsir göstərir. Havadan tutmuş siyasi bəyanatlara, dünyadakı rüblük iqtisadi fəallığa qədər müxtəlif amillər neftin qiymətinə təsir edir. Ona görə də proqnoz verəndə bunların hamısını nəzərə almaq mümkün olmur”.

İlham Şaban - Modern.az

Beynəlxalq Valyuta Fondunun (BVF) 12 oktyabrda verdiyi proqnoza əsasən, bu il neftin bir barelinin orta qiyməti 60%-dək arta bilər. Təşkilatın hesabatında qeyd olunub ki, 2022-ci ildə neftin orta qiyməti 64,52 dollar səviyyəsində olacaq. 2020-ci ildə bu göstərici 41,29 dollar təşkil edib.

Neftin orta qiyməti "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri ilə hesablanır. Hazırda "Brent" 83,64 dollara, WTI – 80,67 dollara, "Dubai" nefti isə 79,76 dollara satılır.

Neft qiymətlərindəki artım nə ilə əlaqədardır?

“Ötən ilin orta qiyməti ilə müqayisə etsək, hazırda neft ikiqat baha qiymətə satılır. Neft əsəsən oktyabr ayında 80 dolları keçə bildi və sonradan 85 dollara yaxınlaşdı. Buna səbəb oktyabrın 4-də OPEK+ çərçivəsində hasilatın artımı ilə iki ay öncə götürülmüş nəticələrin saxlanması, gündəlik olaraq hasilatın 400 min barel həcmində artırılmasını təmin etmək idi. Çünki bazar iştirakçıları gözləyirdilər ki, artıq oktyabr ayında OPEK qərar verəcək ki, noyabrdan təqribən 2 dəfə çox hasilat olsun. Bu da ondan irəli gəlirdi ki, həmən ərəfədə neft 80 doların altında ticarət edilirdi. Amma sözügedən qiymət bazar üçün ədalətli hesab oluna bilməz. Bazar üçün 60-65 dollar ədalətli qiymət hesab edilir”, - İ.Şaban neft qiymətlərindəki artımın səbəbini belə şərh edib.

R.Həsənov hesab edir ki, neft qiymətlərindəki artış üzünmüddətli deyil:

“Müəyyən qədər enerji təlabatı artıb. Vaksinasıya prosesi, yeni dalğaların yaranması, iqtisadiyyatların qapanması, hərəkətin məhdudlaşdırılması ilə bağlı qərarların qəbul edilməsi də bazara öz təsirini göstərir. Eyni zamanda ötən dövr ərzində qiymətin aşağı olması səbəbindən xüsusilə də 2020-ci ilin 2-ci rübündən etibarən neft sektoruna qoyulan investisiyaların azalması və hasilatın məhdudlaşdırılması, həmçinin OPEK, OPEK+ formatında hasilatın linkləndirilməsi kimi faktorlar bugünkü vəziyyətə təsir göstərməkdədir”, - iqtisadçı deyib və əlavə olaraq qeyd edib:

“Əksər neft ölkələri neftdən asılıdırlar. Amma yerli istehsal inkişaf etməyib, eyni zamanda daxili təlabatın ödənilması baxımından idxaldan da asılıdırlar. Neft bahalaşdığı üçün baha satırlar, amma bu mal və xidmətlərin maya dəyərini artırır, sonda qiymətlər artır,  dolayısıyla da neft ölkələrində iri infilasiyalar baş veir. Yəni neft ölkələri neftin bahalaşmasından əldə etdikləri gəlirləri infilyasiya və dəyərsizləşmə ilə sovururlar”.

Qaz qiymətlərindəki rekord artış Azərbaycanın büdcəsinə təsir edə bilərmi?

Oktyabrın 6-da Avropa birjalarında qazın qiyməti rekord həddə bahalaşıb. ICE London birjasında min kubmetr qazın qiyməti 1700 dolları keçərək tarixi maksimumu yeniləyib.

R.Həsənov söyləyir ki, hazırda qazın bahalaşmasının Azərbaycana nə qədər təsir edəcəyini demək çətindir: “Azərbaycan qazının ixracı daha çox əvvəlcədən bağlanmış müqavilələr çərçivəsində sabit qiymətlər əsasında həyata keçirilir. Ancaq eyni zamanda Azərbaycan Avropaya da qaz ixrac etməyə başlayıb. Və müddətin başa çatmasına az qalmış imzalayacağı müqavilələr də var. Bu müqavilələrin yenidən qiymətləndirilməsi məsələsi gündəmdədir. Belə olduğu halda qazın qiymətinin bahalaşmasından istənilən halda Azərbaycan mənfəət əldə edəcək”.

Rəşad Həsənov - Açıq mənbəlrdən götürülüb

İ.Şaban bildirir ki, hərracda satılan qazın Azərbaycan büdcəsinə birbaşa adiyyatı yoxdur: “Azərbaycan öz qazını hərracda satmır.  Sadəcə bu, dolayı yolla təsir edir. Biz qazı öz tərafdaşlarımıza uzunmüddətli müqavilələrlə satırıq. Müqavilələrdə qazın qiyməti göstərilmir. Orada qazın formulası var. Hansı ki, hər rübdə qiymət dəyişir. İlin əvvəlində qazın qiyməti 240-250 dollar idi. İndi isə 4 dəfə artaraq 1000 dollar olub. Təbii ki, bu da Azərbaycan qazının satış qiymətinin artmasına səbəb olur”.

Bahalaşmadan istifadə edərək Azərbaycan satdığı neftin və qazın həcmini artıra bilərmi?

İ.Şaban qeyd edib ki, Azərbaycan bu il qazın ixrac həcmini artırıb:

“Biz öz partnyorlarımızla bağlı ilkin proqnozumuz beləydi ki, bu il Avropada 5milyard kub metr qaz satacağıq. Ancaq oktyabr ayının birinə qədər 5.5 milyard kub metr artıq satılıb. İl sonuna ola bilsin, 7 milyard, 7 milyarddan daha çox qazı sata biləcəyik. Bir məsələni də unutmamaq lazımdır ki, “Şahdəniz 2” layihəsində qazı çıxartmaq üçün təqribən 24 milyard dollara yaxın kapital qoyulub. Ona görə də o vəsait nə qədər tez geri qayıtsa, Azərbaycanın xeyrinə dəyişən əmsallar da bir o qədər tez baş verər”.

R.Həsənov da düşünür ki, qaz hasilatının artırılması imkanı böyükdür: “Eyni zamanda qiymət bahalaşması investisiya etmək imkanı yaradır. Bu da gələcəkdə daha çox hasilatı həyata keçirməyə şərait yaradır. Artıq xüsusilə də neft sahəsində dərinlikdə olan neftin çıxarılması prosesi bahalaşıb. Bu da əlavə böyük investisaya tələb edir. Bahalaşma bu investisiyanın mənbəyinə çevrilə bilər və gələcəkdə dərinlikdə olan neftin hasilatı üçün daha əlverişli şərait yarada bilər”.

Büdcə layihəsinə dəyişikliklər mümkündürmü?

Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

Vahid Əhmədov - Açıq mənbələrdən götürülüb

Deputat Vahid Əhmədov deyir ki, 2022-ci ilin dövlət büdcəsi hələ qəbul edilməyib:

“Gələn ilki dövlət büdcəsində qeyd olunan neft qiymətlərinə yenidən baxıla da bilər, baxılmaya da. Amma əlbəttə ki, 2021 ci ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar göstərilsə də, indi neft 80 dollaradır. Belə olan halda dövlət büdcəsinə və Dövlət Neft Fonduna əlavə vəsait daxil olur. Mənim fikrimcə, neft qiymətlərinin yüksək olması Azərbaycana əlavə dvidentlər gətirir. Həm lazım olan sosisal tədbirləri keçirmək üçün, həm Qarabağda gedən abadlıq işlərinin sürətləndirilməsi üçün o vəsaitdən istifadə etmək olar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo