Neftin qiyməti 71 dolları keçdi, bahalaşma davam edəcəkmi? - Ekspert açıqlayır
Sosial Media
Azərbaycan neftinin qiyməti bahalaşıb.
İyunun 3-də dünya bazarlarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,71 dollar artaraq 71,28 dollar təşkil edib.
“Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olmuşdu. Neft qiymətlərinin yenidən artmasına səbəb nədir və bahalaşma tendensiyasının davamlı olacağını ehtimal etmək olarmı?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Toplum TV"-yə açıqlamasında neft qiymətlərindəki artımın səbəblərini açıqlayıb: “İlk səbəb odur ki, OPEC şərtlərini əvvəlki kimi saxladı, yəni iyunun 1-dən OPEC-də hasilatın artım səviyyəsi mayda olduğu kimi 350 min barel olaraq qaldı. Eyni zamanda bir çox ölkələrdə COVID-19 ilə bağlı yumşalmalar oldu. Bu da gediş-gəlişi, ölkələr arasındakı əlaqələri intensivləşdirdi. Həmçinin aprel-may aylarında Hindistan kimi enerji istehlakçısı olan ölkədə yaşanan hallar da artıq səngiməyə doğru getdi. Bütün bunlar neftin qiymətinin artmasına səbəb oldu".
"Digər tərəfdən OPEC ilin ortasından başlayaraq tələbatın 2 milyon barel artacağını açıqlayıb. Təbii ki, bütün bu hallar əvvəlki dövrlə müqayisədə bazar iştirakçıları üçün perspektivlər yaradır”, - İlham Şaban belə deyir.
Onun sözlərinə görə, yaxın bir həftədə neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyi daha aydın ortaya çıxacaq: “Hər ayın 10-11-i OPEC-in ötən ayla bağlı hesabatı açıqlanır və bazar iştirakçıları neft hasilatının miqdarı ilə bağlı məlumat əldə edə bilirlər. Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin də hesabatı işıq üzü görəcək və nəticədə neftin qiymətlərində oynamalara gətirib çıxaracaq. Lakin yüksək səviyyədə artım və ya azalma gözləmirəm, yaxın zamanda neftin qiymətinin 75 və ya 80 dollaradək yüksəlməsi çətindir”.
Toplum Tv
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”