Dünya bazarında satılan "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,41 ABŞ dolları, 2,15 % azalıb.
Bu barədə martın 3-də "Oilprice.com" məlumat verib.
Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,25 ABŞ dolları təşkil edib.
""Füzuli Airport" MMC uğursuz layihədir. Belə layihələr dövlət investisiyaları və büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir".
Bunu “Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib.
İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, martın 2-də Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni dövlət qeydiyyatına alıb və Füzuli rayonunda yeni aeroportun inşası həmin şirkətə verilib.
Qadir İbrahimli
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir.
Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən "Silk Way Holdinq" MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı vurğulayır ki, işğaldan azad olunmuş ərazilərdə əhali yaşamır, insanların ora köçməsinə isə...