İqtisadiyyat

Osman Gündüz: "Microsoft"un Azərbaycandakı nümayəndəliyi bağlanmaq üzrədir

16 Noyabr, 2022
108

Açıq mənbələrdən götürülüb

"Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir".
 
Toplum TV xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz "Facebook" səhifəsində yazıb.

Osman Gündüz iddiasına görə, artıq əksər işçiləri fəaliyyətini dayandırıblar:
 
"Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar.

Görünür ki , Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər. Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır".

https://toplum.tv/sosial/xaricde-ali-tehsil-uzre-prioritetler-aciqlandi

Osman Gündüzün fikrincə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır:

"Yəni, burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir. 
 
Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bərbər, dərzi və taksi sürücülərinin ödəyəcəyi tibbi sığorta haqqı məlum oldu

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Toplum Tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib Layihəyə görə, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər,...
İqtisadiyyat

Moped sürücülərinə vəsiqə tələbi qoyulur

28 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq Bu, Milli Məclisə “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. https://toplum.tv/multimedia/endirimde-gosterilen-faizler-ne-derecede-inandiricidir Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Seçilmiş Videolar

Toplum TV loqo