“Özəlləşdirmədə xarici şirkətlər də pay sahibi olmalıdır”
Açıq mənbələrdən götürülüb
Nazirlər Kabineti qeyri-neft sektorunun inkişaf etdirilməsi və dövlət qurumlarında tənzimləyici və kommersiya funksiyalarının ayrılaraq özəl sektora keçməsi ilə bağlı hesabat yayıb.
Hesabatda qeyd olunur ki, bu istiqamətdə təkliflər hazırlanır və dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulur.
Hesabatda Dövlət İnvestisiya Holdinqinin bu işlərə töhfə verəcəyi bildirilir.
Eyni zamanda, qeyd olunur ki, iri şirkətlər və səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi üçün və ya onların fəaliyyətində səmərəliliyin özəl-dövlət tərəfdaşlığı mexanizmləri əsasında aparılması məqsədilə dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlanır.
İqtisadçı Zöhrab İsmayıl “Toplum TV”-yə dövlət əmlakının özəlləşdirilməsi planını şərh edərkən deyib ki, hökumət iri şirkətlərin yükündən qurtulmaq istəyir.
Onun sözlərinə görə, bu şirkətlərin əksəriyyəti səmərəsiz işləyir və dövlət büdcəsindən maliyyə dəstəyi alır: “Çox təəssüf ki, neft gəlirlərinin artdığı illərdən etibarən ölkədə özəlləşdirmə prosesi, demək olar ki, dayanmışdı və özəl şirkətlərin milliləşdirilməsi meylləri vardı”.
İqtisadçı Məhəmməd Talıblı isə deyir ki, inhisarçı şirkətləri Dövlət İnvestisiya Holdinqinin çətiri altına yığmaqla, onların fəaliyyətini şəffaflaşdırmaq mümkün deyil: “Əgər belə siyasət nəzərdə tutulursa, hansısa müsbət nəticədən danışmağa dəyməz".
M.Talıblı bildirir ki, həmin şirkətlərin əsas səhmdarları arasında ölkədə fəaliyyət göstərən və əslində dövlətin əlində olan iri holdinqlərin də payı ola bilər. Ona görə də özəlləşdirmə formal xarakter daşıyacaq".
İqtisadçı hesab edir ki, özəlləşmədə xarici şirkətlər də pay sahibi olmalıdırlar: “Dövlətsizləşdirmənin əsas səbəbləri kimi inhisarçı şirkətlərin pis idarəçiliyi, dövlət büdcəsindən dotasiya alması, keyfiyyətin artırılması və s. göstəriləcək. Ona görə də bu prosesdə ixtisaslaşmış xarici şirkətlərin olması vacibdir. Dövlət-özəl sektor əməkdaşlığı elə qurulmalıdır ki, ictimai nemətləri, o cümlədən kvazi-ictimai nemətləri əldə etmək faydalı olsun. İctimai fayda qiymət və keyfiyyətli xidmət əsasında formalaşsın”.
2020-ci il avqustun 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Sərəncamda Holdinqin yaradılmasında əsas məqsədin Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları nəticəsində iqtisadiyyatın səmərəliliyinin daha da artırılması göstərilib.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə 21 şirkət daxil edilib.
Onların içərisində “Azərsu”, “Azərişıq”, “Bakı Metropoliteni”, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimi şirkətlər də var.
açıq mənbədən götürülüb
azal.az
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?