İqtisadiyyat

Azad edilmiş bölgələrdə 60% ərazi əkin işlərinə cəlb edilib

4 Noyabr, 2023
380

Açıq mənbələrdən götürülüb

Kimdi təsərrüfatı

"Azad edilən ərazilərdə 60% torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib"

Toplum TV xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 4-də Milli Məclisdəki ictimai dinləmə zamanı deyib.

Onun sözlərinə görə, 2020-2021-ci təsərrüfat ilində 10 min hektar, 2021-2022-ci  ildə 50 min hektar, 2022-2023-cü təsərrüfat ilində isə 72 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. 

"Bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib".

Nazirlər həmçinin qeyd edib ki,
bugünədək Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən  azad edilmiş ərazilərində ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"27 783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub", - Məcnun Məmmədov bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlandı

11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  https://toplum.tv/sosial/pdeputatdan-bahalasma-iddialarina-cavab-veziyyet-deyilenlerin-eksidirp Bildirilir ki, 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 8,6% artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb, əvvəlki ilin noyabr ayına nisbətən isə 2,6% artıb.
İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...

Seçilmiş Videolar

Toplum TV loqo