İqtisadiyyat

Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı

13 Noyabr, 2023
250

Açıq mənbələrdən götürülüb

Qarabağın bərpası

"İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib"

Toplum TV xəbər verir ki, bunu noyabrın 13-də Milli Məclis gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib.

https://toplum.tv/iqtisadiyyat/pboumlyuumlk-qayidis-proqramina-ayrilan-vesait-accediliqlandip-1

"İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”, - Samir Şərifov açıqlamasında vurğulayıb. 

Bundan əvvəl Maliyyə Nazirliyi Böyük Qayıdış proqramının icrası üçün 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılacağını açıqlamışdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bill Qeyts: Süni intellektin sayəsində həftədə cəmi üç gün işləyəcəyik

Toplum TV
24 Noyabr 2023

NDTV

"Süni intellektin inkişafı üç günlük iş həftəsinə nail olmağa imkan verəcək".  Toplum TV "Business Insider" nəşrinə istinadən xəbər verir ki, bunu "Microsoft"-un yaradıcılarından biri, milyarder Bill Qeyts mətbuata açıqlamasında deyib.  Süni intellektin inkişafının iş yerlərini təhdid edib-etmədiyini barədə suala cavabında Qeyts bildirib ki, süni intellektin sayəsində bir gün insanlar  "indiki qədər çox işləmək məcburiyyətində qalmayacaqlar". O, “maşınların bütün qidaları, ümumən hər şeyi istehsal etdiyi” bir dünyanın yaranacağını güman edir.  https://toplum.tv/iqtisadiyyat/azerbaycanin-milli-suni-intellekt-strategiyasi-hazirlanacaq "Əgər bunun axırı sizin həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətlə nəticələnirsə, bu, yəqin ki, yaxşıdır", - Qeyts açıqlamasında vurğulayıb.  Bununla belə, texnologiya dünyasında heç də hər kəs Bill...
İqtisadiyyat

Manatın kursunun düşəcəyi tarix açıqlanıb

14 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Beynəlxalq kredit risklərinin data analizi və araşdırması ilə məşğul olan “Fitch Solutions” şirkəti (FS) Azərbaycan manatının yaxın 10 ildəki məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Toplum TV xəbər verir ki, bu barədə material şirkətin rəsmi saytında dərc olunub.  Şirkətin analizlərinə əsasən, manatın məzənnəsinin 2027-ci ilə qədər sabit qalacağı proqnozlaşdırılır.  https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-erzagin-bahalasmasi-11-faizi-keccedilibp Amma şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75-ə, 2028-ci ildə isə 1,80-ə düşəcəyini bildirib. Proqnozlara görə, 2033-cü ilə qədər ABŞ dollarının manata qarşı məzənnəsi 1,80 səviyyəsində qalacaq. Bundan əvvəl Hollandiyanın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağını elan etmişdi.

Seçilmiş Videolar

Toplum TV loqo