Açıq mənbələrdən götürülüb
İlham Əliyev
Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.
Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.
“2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.
“Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7 milyon ABŞ dollarına (13,830.7milyon manat) bərabər olub. Həmin tarixdə daxili borcu da nəzarə alnda bu 16 milyard 899 milyon manata yüksəlib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məsələylə əlaqədar “Turan”a açıqlamasında deyib ki, o, sözügedən 40-50 milyardın böyük hissəsinin Qarabağ, Şərgi Zəngəzur zonasının bərpasına və inteqrasiyasına gedəcəyini ehtimal edir:
“Təbii ki, bu bütün Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verəcək. Vəsaitlərin bir hissəsi isə həmin regionun minalardan təmizləməsinə gedəcək. Bu, vətəndaşların doğma torpaqlarına tezliklə köçürülməsi və orada iqtisadiyyatının inkişafı üçün çox vacibdir”.
Bu gün, martın 17-də Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib ki, bütövlükdə, iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 6,5 milyard manat vəsait yönəldilib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?