İqtisadiyyat

Azərbaycan iqtisadi baxımdan qismən-azad ölkələrin arasında yer alıb

Toplum TV
13 Mart, 2023
120

Açıq mənbələrdən götürülüb

Bakı

Mərkəzi Vaşinqtonda yerləşən "İrs Fondu" (Heritage Foundation) 2023-cü ildə dünya ölkələrinin iqtisadi azadlıq reytinqini təqdim edib. 

Toplum TV fondun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın iqtisadi azadlıq balı 61,4 olmaqla, indeksdə qismən-azad ölkələrin arasında, 75-ci yerdə qərarlaşıb.

Təşkilatın tədqiqatına əsasən, Azərbaycanın balı ötən illə müqayisədə demək olar ki, dəyişməyib. Ölkə Avropa regionunda 44 ölkə arasında 37-ci yerdə qərarlaşıb və ümumi balı dünya üzrə orta göstəricidən yüksəkdir.

https://toplum.tv/siyaset/pquotfredoom-housequot-azerbaycan-yene-qeyri-azad-oumllkelerin-siyahisinda-yer-alibp

"Genişmiqyaslı islahatlar tənzimləmə səmərəliliyi və iqtisadiyyatın diversifikasiyası sahəsində müəyyən irəliləyişlə nəticələnib, Azərbaycanın ümumi makroiqtisadi və sahibkarlıq mühitini yaxşılaşdırıb. Qlobal ticarət və investisiyalara açıqlıq ölkənin daha çox bazar əsaslı sistemə keçidinə kömək edib, lakin iqtisadi azadlığın əsaslarını gücləndirmək üçün daha dərin institusional və sistemli islahatlara ehtiyac var", - deyə açıqlamada bildirilir. 

Ölkəyə dair məlumatlarda həmçinin qeyd olunur ki, Azərbaycanda qanunun aliliyi ümumən zəifdir. Ölkənin mülkiyyət hüquqları üzrə göstəricisi, məhkəmələrin funksionallığı, həmçinin hökumətə etimad balı dünya ortalamasından aşağıdır.

Azərbaycanın qonşuları Gürcüstan siyahıda 35-ci, Ermənistan 50-ci, Türkiyə 104-cü, Rusiya 125-ci, İran isə 169-cu pillədə qərarlaşıb. 

Dünyada iqtisadiyyatı azad olan ölkərin siyahısına Sinqapur, İsveçrə və Yeni Zelandiya başçılıq edir.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo