İqtisadiyyat

Azərbaycanda bank əmanətləri vergiyə cəlb edilir

31 Yanvar, 2023
171

Açıq mənbələrdən götürülüb

Bank əmanəti

Sabahdan Azərbaycanda əmanət faizləri vergiyə cəlb ediləcək

Toplum TV xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılmaması nəticəsində baş verəcək.  

Fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin vergiyə cəlb edilməsi təkcə yerli bankların deyil, xarici bankların filiallarını da əhatə edəcək. 

Əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biri idi. Fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi.  

https://toplum.tv/siyaset/pbakida-banka-huumlcum-olubp

Bununla belə, bu gün o da məlum olub ki, fevralın 1-dən bəzi səhm və istiqrazlar üzrə gəlirlər də vergidən azad ediləcək. Bu, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə mümkün olacaq. 

Vergidən azad ediləcəklərə 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri aiddir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo