Açıq mənbələrdən götürülüb
Market
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatları 11.4 faiz bahalaşıb.
Toplum TV xəbər verir ki, bu barədə noyabrın 13-də Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bununla belə, Komitədən qeyd olunub ki, ölkədə hazırda illik inflyasiya 10,2 %-ə düşüb.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksinin əvvəlki ayla müqayisədə cəmi 0,8 %, ötən ilin eyni dövrünə nisbətən 3,1 % artdığı bildirilir.
Ərzaq məhsullarında ən çox mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, düyünün, kartofun, sarımsağın, pomidorun bahalaşdığı bildirilir.
Qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, şəkər tozunun, qəhvənin isə ucuzlaşdığı deyilir.
Məlumata görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?