İqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlandı

17 Yanvar, 2023
308

Açıq mənbələrdən götürülüb

İnflyasiya

2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 17-də Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101 %, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 % olub.

2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,7 %, əvvəlki ilin dekabr ayına nisbətən isə 119 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım manna yarması, düyü, makaron məmulatlar, peçenye, toyuq əti, təzə və dondurulmuş balıq, süd, pendir, kəsmik, yumurta, qarğıdalı yağı, banan, alman, armud, nar, qoz, fındıq, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, yerkökü, çuğundur, şəkər, konfet, çay, limonad, meyvə şirəsi və pivənin, azalma isə əsasən portağal, naringi, limon, xurma, kivi və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 % olub. Ay ərzində ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım mebel, xalça, paltaryuyan maşın, televizor, minik avtomobili üçün ehtiyat hissəsi, sintetik yuyuсu vasitə, sabun, və şampunların, azalma isə əsasən kəsilmiş taxta, kondisioner və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4 %, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqları, paltar, ayaqqabı və minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Ölkə banklarının xalis mənfəəti 23% artıb

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın bank sektoru son 8 ay ərzində 724.2 milyon manat xalis mənfəət qazanıb. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı Mərkəzi Bank açıqlama yayıb. Belə ki, 2023-cü ilin yanvar-avqust aylarında əldə edilmiş mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 22.9% artıb. Qeyd edilən dövr ərzində, bankların əməliyyat mənfəəti isə 1064 milyon manata bərabər olub. Ümumillikdə, banklar tərəfindən sentyabradək 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-muumldafie-ve-tehluumlkesizlik-xerclerini-artirirp Bildirək ki, Mərkəzi Bank 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru tərəfindən 589.4 milyon manat xalis mənfəət əldə edildiyini bildirib.
İqtisadiyyat

Çin necə avtomobil sənayesinin lideri oldu?

Yadigar Sadıqlı
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır. “Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır. Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?   Partiyaya, Putinə və böhrana təşəkkür Sənayenin işə salınmasında Çin hakimiyyətinin...

Seçilmiş Videolar

Toplum TV loqo