İqtisadiyyat

Azərbaycanda rüşvətxorluq artıb - Hesabat

Roza Məmmədova
31 Yanvar, 2023
232

Açıq mənbələrdən götürülüb

Rüşvət

Azərbaycanda 2022-ci ildə korrupsiya ilə bağlı vəziyyət daha da pisləşib. 

Toplum TV xəbər verir ki, bu, Beynəlxalq Şəffaflıq Təşkilatının ("Transparency International") ötən ilin yekunları ilə bağlı hesabatında öz əksini tapıb. 

Belə ki, Azərbaycan təşkilatın Korrupsiya Qavrama İndeksində son 10 ildəki ən aşağı balını alıb. O, mümkün 100 baldan cəmi 23 bal almaqla 180 ölkə arasında 157-ci pillədə qərarlaşıb. Hesabata görə, Əfqanıstan, Banqladeş, Nigeriya, Tanzaniya Azərbaycandan öndədirlər. 

https://toplum.tv/tv-proqramlar/pkorrupsiya-cinayet-ve-ceza-nazir-mehkemelerinden-ne-oumlyrendikp

Ötən il Azərbaycan əvvəlki illə müqayisədə yeddi bal itirib, son 10 ildə isə reytinq siyahısında onun balı 25-30 arasında dəyişir.

2021-ci ildə Azərbaycan Cibuti, Toqo, Boliviya, Dominikan Respublikası, Kenya, Laos, Paraqvayla eyni mövqeləri bölüşürdü. Yeni reytinq cədvəlində sözügedən ölkələr irəliləyib, Azərbaycan isə əksinə, geriləyib.

Cənubi Qafqazın digər ölkələri Gürcüstan cədvəldə 56-cı, Ermənistan isə 46-cı yerdədir.

Siyahıda birinci yerdə Danimarkadır (90 bal), ikinci yeri Yeni Zelendiya (87 bal) və Norveç (87 bal) bölüşür.

180 ölkəni və ərazini əhatə edən cədvəl dövlət sektorundakı korrupsiyanı müəyyən edir.

0-100 ballıq sistem üzrə həyata keçirilən qiymətləndirmə Dünya Bankı, Dünya İqtisadi Forumu və 13-dək konsaltinq şirkət, təhlil mərkəzinin datası əsasında aparılıb. Bal nə qədər aşağıdırsa, həmin ölkədə korrupsiyanın səviyyəsi də bir o qədər yuxarıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo