Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr məlum olub
Açıq mənbələrdən götürülüb
Valyuta
Rusiya 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 641,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edərək ən yüksək göstəriciyə sahib olub.
Toplum TV xəbər verir ki, bu haqda Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd edilib.
İcmalın avqust sayına əsasən, Türkiyə 555,1 milyon dollar göstəriciylə siyahıda ikinci, Gürcüstana 198,7 milyon dollar ixracla üçüncü pillədə qərarlaşıb.
Statistik olaraq, ötən ilin yanvar-iyul aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bununla, agentliyin xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 78 faizini təşkil edib.
Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya yer tutub.
Bildirək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ASC başçılıq edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?