İqtisadiyyat

BƏƏ Azərbaycanda külək və günəş enerjisi stansiyaları yaradacaq

16 Yanvar, 2023
333

Açıq mənbələrdən götürülüb

Külək və Günəş enerjisi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinə məxsus bərpa olunan enerji şirkəti “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalayıb. 

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 16-da BƏƏ-də səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib. 

Paytaxtında Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı zamanı  Əliyev bildirib ki, “Masdar” ilə əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. 

https://toplum.tv/iqtisadiyyat/ptuumlrkmen-qazinin-avropaya-neqli-uumlccediluumln-isccedili-qrupu-yaradilirp

"Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var", - deyə o bildirib. 

Prezident həmçinin qeyd edib ki, beynəlxalq enerji şirkətləri ilə imzalanan anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.

"Əlbəttə ki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir", - deyə o bildirib. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...
İqtisadiyyat

Azərbaycanla Çin arasında Anlaşma Memorandumu təsdiq edildi

4 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 4də Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/siyaset/pazerbaycana-gelen-turistlerin-sayi-30-faiz-artibp Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo