İqtisadiyyat

Dövlət Xidməti "Trendyol"un bağlanacağı iddialarına cavab verdi

Toplum TV
24 Fevral, 2023
195

Açıq mənbələrdən götürülüb

Trendyol

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil"

Toplum TV xəbər verir ki, bu barədə fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. 

Bildirilir ki, xidmət tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.

"Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər", - deyə məlumatda qeyd olunub. 

https://toplum.tv/sosial/pazerbaycanda-ldquoboltrdquo-113-min-manat-hecminde-cerimelenibp

Xatırlatma

"Trendyol" şirkətinin bağlanacağı ilə bağlı iddialar Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanovun fevralın 23-də verdiyi açıqlamadan sonra ortaya çıxmışdı. 

"Türkiyənin «Trendyol» şirkətinin Azərbaycana, xüsusilə Türkiyə istehsallı məhsulların satışında yerli satıcılara qarşı haqsız rəqabət ehtimalları var və rəqabət narahatlıqları yarana bilər", - deyə o, açıqlamasında qeyd etmiş və əlavə etmişdi ki, bu sahədə gələcəkdə rəqabət narahatlıqları olsa və belə hallarla bağlı siqnallar yaransa, rəqabət orqanı müəyyən addımlar ata bilər.

Onun sözlərinə görə, rəqabət orqanının atacağı addımlar aşağıdakılar ola bilər:

«Bu təkliflər ondan ibarətdir ki, (1) ümumiyyətlə «Trendyol» və Azərbaycanda böyük həcmdə satış həyat keçirən digər şirkətlərin birinci mərhələdə Azərbaycanda nümayəndəliyinin açılması, (2) Azərbaycanda ən çox satılan məhsulların ölkəmizdə 30-40%-lik stokunun mövcüd olması və (3) bu məhsullanrın da digər pərakəndə satış məntəqələrində olduğu kimi gömrük vergisi və digər vergilərin üzərində formalaşmış qiyməti ilə rəqabər aparması».

Bununla belə, rəsmi vurğulamışdı ki, hal-hazırda dövlət xidmətinin belə bir mövqeyi və ya hökumətə bu barədə rəy və ya təklifi yoxdur.

«Bu bazarda yarana biləcək rəqabət pozucu siqnallara qarşı bir requlyativ təklifdir və elmi bir jurnala göndərilmiş bir fikirdir» - deyə o qeyd etmişdi. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo