Açıq mənbələrdən götürülüb
Erməni dramı
Ermənistan dramı və Gürcüstan larisi bu il dollara qarşı ən çox dəyər qazanan valyutalar olub.
Toplum TV xəbər verir ki, "Bloomberg" agentliyi bunu Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda Rusiya vətəndaşlarının bu ölkələrə kütləvi axını ilə əlaqələndirir.
Analitiklər bildirirlər ki, erməni dramı dollara nisbətdə 22%-dən çox, gürcü larisi isə 16% bahalaşıb.
https://toplum.tv/dunya/bloomberg-rusiyanin-mir-odenis-sistemi-iflasa-ugrayib
Dollara qarşı ən çox dəyər qazanan valyutalardan biri də tacik somonisidir. Belə ki, o, dollara nisbətdə 10% bahalaşıb.
"Bloomberg"-in məlumatına görə, Rusiyadan Gürcüstana köçürmələr 1,75 milyard, Ermənistana isə 2,8 milyard dolları ötüb.
Tacikistana pul köçürmələrinin də 50% artdığı bildirilir.
Bu il Gürcüstanda ÜDM artımı Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi 10% təşkil edib. Ermənistanda ÜDM 1,6%-dən 13%-ə qalxıb, Tacikistanda isə iqtisadiyyat 7% böyüyüb.
Bir neçə ay əvvəl Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən köçürmələrin həcmində rekord artım qeydə alındığını açıqlamışdı. Belə ki, ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 261 milyon dollar vəsait köçürülmüşdüsə, bu ilin ilk altı ayında həmin göstərici 1 milyard 283 milyon dollara yüksəlib. Nəticədə Rusiyadan Azərbaycana göndərilən pulun həcmi ötən illə müqayisədə beş dəfə artıb.
Bir sıra mütəxəssislər bunu Rusiyada yaşayan azərbaycanlılar müharibə başladıqdan sonra sanksiyalar və rublun dəyərsizləşməsi ucbatından sahib olduqları vəsaiti kütləvi şəkildə Azərbaycana göndərməsi ilə izah edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Bill Qeyts: Süni intellektin sayəsində həftədə cəmi üç gün işləyəcəyik
NDTV
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?