İqtisadiyyat

IDI-nin araşdırması: Regionda ən yüksək orta gömrük tarifləri Azərbaycandadır

22 May, 2023
269

Açıq mənbələrdən götürülüb

IDI

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatda Azərbaycanda inflyasiya prosesləri araşdırılır. Açıqlanan göstəricilərdən məlum olur ki, hazırda ölkədə qeydə alınan inflyasiya göstəricisi qlobal maliyyə böhranının yaşandığı 2008-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdir. Belə ki, Azərbaycanda 2021-ci ildə 6,7 faziə bərabər olan inflyasiya 2022-ci ildə 13,9 faizə çatıb.

https://toplum.tv/iqtisadiyyat/pidi-nin-arasdirmasi-azerbaycanda-tullantilarin-idare-edilmesile-bagli-esas-problemlerp

Araşdırmada həmçinin Azərbaycanda inflyasiyanı doğuran amillər təhlil edilib. Son dövrlər ölkədə inflyasiya göstəricilərinin yüksək olmasının əsas səbəbləri olaraq aşağıdakılar göstərilib:

- Pandemiya məhdudiyyətlərinin yaratdığı çətinliklər

- Daşıma xərclərinin artması

- İqlim dəyişikliklərinin təsirləri

- Rusiya-Ukrayna müharibəsi

Tədqiqatda Azərbaycanda mövcud gömrük sistemi və tətbiq edilən mexanizmlərin qiymət artımlarına təsiri də araşdırılıb. Rəqəmlərdən aydın olur ki, regionda ən yüksək orta gömrük tarifləri məhz Azərbaycanda tətbiq edilir.

Araşdırmanın nəticəsinə görə, Azərbaycanda inflyasiyanın keyfiyyət göstəricilərinin azalması aşağıdakılarla bağlıdır:

- İstehlak səbətindəki əmtəə və xidmətlərin xüsusi çəkilərinin müəyyən edilməsi metodologiyası:

- İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin sayı.

- İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin çəkisi.

Sənədlə ətraflı şəkildə buradan tanış ola bilərsiniz: Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi - Araşdırma sənədi


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlandı

11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  https://toplum.tv/sosial/pdeputatdan-bahalasma-iddialarina-cavab-veziyyet-deyilenlerin-eksidirp Bildirilir ki, 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 8,6% artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb, əvvəlki ilin noyabr ayına nisbətən isə 2,6% artıb.
İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...

Seçilmiş Videolar

Toplum TV loqo