İqtisadiyyat

İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmiryolu modernləşdirilir

Toplum TV
14 Sentyabr, 2023
137

president.az

İlham Əliyev

Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı barədə çıxış edib.

Toplum Tv bildirir ki, sentyabrın 14-ü Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü baş tutub.

İlham Əliyev görüş zamanı qarşılıqlı ticarətin və sərmayələrin artdığını qeyd edərək Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan tərəfindən müasirləşdirildiyini bildirib.

"Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.

Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, - deyə Prezident vurğulayıb.

Bildirək ki, dövlət başçısı daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Şəxsi istifadə üçün ölkəyə gətirilən smartfonların rüsumu azaldılır

Toplum TV
15 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik gözlənilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə təklif sentyabrın 15-i Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əksini tapıb. Dəyişikliyə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılacağı nəzərdə tutulub. Belə ki, təklifdə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endiriləcəyi qeyd edilib. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Digər hallarda, qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına...
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 100 dolları keçdi

Toplum TV
15 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2023-cü ildə ilk dəfə 100 dolları keçib. Toplum TV xəbər verir ki, bu barədə "Oilprice.com" saytı məlumat yayıb. Dünyada neft qiymətlərinin hasilatın azalması nəticəsində qalxdığı bildirilir. Qeyd edək ki, bu il Azərbaycan dövlət büdcəsində neftin bir barelinin orta ixrac qiyməti 60 dollardan götürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo