CNBC
İlon Mask
Tanınmış amerikalı iş adamı İlon Mask Azərbaycanda şirkət yaradıb.
Toplum TV-nin məlumatına görə, noyabrın 1-də Amerikanın “Starlink" peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC-nin Bakıda qeydiyyatdan keçdiyi bildirilir.
Şirkətin ofisi "Azur Biznes" Mərkəzində yerləşir. Nizamnamə kapitalı 100 dollar olan şirkətin direktoru Loren Dreyer təyin edilib.
https://toplum.tv/dunya/avropa-birliyi-tvitter-i-bloklaya-biler
APA xəbər verir ki, L.Dreyer "Speys İks"də "Starlink"in biznes əməliyyatları üzrə baş direktorudur.
"Starlink", "SpaceX" tərəfindən idarə olunan və 45 ölkənin peyk internetinə çıxışını təmin edən internet provayderidir. "Starlink" həmçinin 2023-cü ildən etibarən qlobal miqyasda mobil telefon xidməti yaratmağı hədəfləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb