İqtisadiyyat

Mikayıl Cabbarov: Hökumətin müdaxiləsi nəticəsində ərzaq qiymətləri düşüb

2 Noyabr, 2023
310

Açıq mənbələrdən götürülüb

Mikayıl Cabbarov

"Hökumətin tədbirləri nəticəsində ərzaq qiymətlərinin düşməsini müşahidə edirik"

Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: 

“Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir. Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15%-dək artıb”.

https://toplum.tv/iqtisadiyyat/pilham-eliyev-qeyri-neft-sektoruna-200-milyard-dollar-investisiya-qoyulubp

Nazir bildirib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 %-i özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.

Mikayıl Cabbarov çıxışı zamanı azad edilmiş ərazilərin də ölkə iqtisadiyyatına töhfə verəcəyini qeyd edib: 

"Zəngilan, Qubadlı, Kəlbəcər, Zəngilan və digər ərazilərdə torpaqların qiymətləndirilməsi, 714 min hektar ərazidə çöl, ölçmə işləri yekunlaşıb. Müvafiq məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilib. Gələcəkdə həmin ərazilər kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlandı

11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  https://toplum.tv/sosial/pdeputatdan-bahalasma-iddialarina-cavab-veziyyet-deyilenlerin-eksidirp Bildirilir ki, 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 8,6% artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb, əvvəlki ilin noyabr ayına nisbətən isə 2,6% artıb.
İqtisadiyyat

“ChatGpt” Azərbaycanda qadağan oluna bilər

8 Dekabr 2023
Azərbaycanda “ChatGpt”nin fəaliyyəti məhdudlaşdırıla bilər. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Azərbaycan Süni İntellekt Laboratoriyası məlumat yayıb.  Məlumata görə, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “ChatGpt” şəxsi və məxfi məlumatları saxlamır.  https://toplum.tv/sosial/pazerbaycanla-bagli-daha-4-element-unesco-siyahisina-daxil-edilibp "Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, “ChatGPT”nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər", - Laboratoriyadan bildirilib. Qeyd olunub ki, yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada “ChatGpt”nin fəaliyyəti qadağan olunub.  "Artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır. “ChatGpt”də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa,...

Seçilmiş Videolar

Toplum TV loqo