Qarabağda yataqları qanunsuz istismar edən şirkətlərin adları açıqlanıb
Açıq mənbələrdən götürülüb
Yataq
Qarabağın Ermənistanın işğalı dövründə bölgədəki yataqların qanunsuz istismarı ilə məşğul olan şirkətlərin adları açıqlanıb.
Toplum TV-nin məlumatına görə, bu barədə yanvarın 17-də Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.
Əli Əliyev söhbətin "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarından getdiyini bildirib.
https://toplum.tv/siyaset/ptomas-de-vaal-eliyev-yeni-genismiqyasli-muumlnaqisede-maraqli-deyil-nbspp
O bildirib ki, yataqları qanunsuz istismar edən şirkətlər bunlardır: "Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold"; Hindistanın "Vedanta Resourcess".
Dövlət rəsmisi həmçinin qeyd edib ki, bölgədəki yataqların qanunsuz istismarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb
O, qızıl, gümüş və mis yataqlarındakı ehtiyatları da açıqlayıb.
Belə ki, "Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub, "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub.
"Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir", - deyə o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb