İqtisadiyyat

Qırğızıstan otel tikmək üçün Azərbaycana torpaq sahəsi verir

Toplum TV
11 Sentyabr, 2023
151

Açıq mənbələrdən götürülüb

İssık-Kul

Qırğızıstan 5 ulduzlu otelin tikintisi üçün İssık-Kul gölündəki 17 hektar torpaq sahəsini Azərbaycan şirkətinə verəcək.

Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 11-də Arbat Media məlumat yayıb. 

Qırğızıstan parlamentinin deputatı Dastan Bekeşevin sözlərinə görə, Büdcə və Maliyyə Komitəsinə Azərbaycanla mehmanxana tikintisi ilə bağlı saziş layihəsi daxil olub.

https://toplum.tv/iqtisadiyyat/pazerbaycandan-en-ccedilox-qeyri-neft-mehsullari-ixrac-eden-oumllkeler-statistikabr-nbspp

Bildirilir ki, Qara-Oy kəndində 12 hektar ərazi otel üçün, 4 hektar park üçün, daha bir hektar isə çimərlik sahəsi üçün ayrılıb.

Deputat qeyd edib ki, Nazirlər Kabineti pansionata infrastrukturun gətirilməsini, yol çəkməsini öhdəsinə götürüb.

İnvestorların istifadə müddətini uzatmaq hüququ verilməklə 49 il müddətinə torpaq alacağı, bundan başqa, otelin 10 il müddətinə vergidən azad ediləcəyi qeyd edilir. 

Azərbaycan oteli üç il ərzində tikməyi öhdəsinə götürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Şəxsi istifadə üçün ölkəyə gətirilən smartfonların rüsumu azaldılır

Toplum TV
15 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik gözlənilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə təklif sentyabrın 15-i Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əksini tapıb. Dəyişikliyə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılacağı nəzərdə tutulub. Belə ki, təklifdə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endiriləcəyi qeyd edilib. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Digər hallarda, qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına...
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 100 dolları keçdi

Toplum TV
15 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2023-cü ildə ilk dəfə 100 dolları keçib. Toplum TV xəbər verir ki, bu barədə "Oilprice.com" saytı məlumat yayıb. Dünyada neft qiymətlərinin hasilatın azalması nəticəsində qalxdığı bildirilir. Qeyd edək ki, bu il Azərbaycan dövlət büdcəsində neftin bir barelinin orta ixrac qiyməti 60 dollardan götürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo