Açıq mənbələrdən götürülüb
Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Union Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv olunub.
Toplum TV xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-dən 54-ə düşüb.
https://toplum.tv/iqtisadiyyat/pldquoguumlnay-bankrdquoin-lisenziyasi-legv-edildip
“Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun öhdəlikləri aktivlərini üstələmiş, balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Bu isə faktiki müflislik deməkdir.
Bundan əvvəl, mayın 17-də Mərkəzi Bank "Günay Bank" ın lisenziyasının ləğv olunması barədə qərar çıxarmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
açıq mənbələrdən götürülüb